potensial sel təhlükəli; 5 – seldən təhlükəsiz hövzələr
23.1 saylı şəkildə B.Ə.Budaqov və İ.E.Mərdanov tərəfindən tərtib olunmuş Azərbaycan Respublikasının
selli çay hövzələrində onların sellilik dərəcəsi xəritə-sxemi verilir.
İndiyə qədər Azərbaycanda sellərə qarşı kompleks mübarizə tədbirləri həyata keçirilməyib, yalnız passiv
mübarizə metodları ilə, yəni böyük xərc və vəsait sərf olunaraq çay yataqlarında və yamaclarda mühəndis-
texniki qurğularından, sahilbərkidici hidrotexniki vasitələrdən istifadə etməklə kifayətlənildiyindən demək olar
ki, səmərəli nəticə əldə edilməmişdir. Bu mübarizə tədbirləri yalnız sellərin yaratdığı nəticələri aradan
qaldırmaq üçün həyata keçirilir.
Lakin sellərlə mübarizə məqsədilə passiv metodlarla yanaşı, həm də aktiv metodlardan, yəni selləri əmələ
gətirən səbəblərin qarşısının alınması istiqamətində mübarizə aparmaq daha çox vacibdir. Bura əsasən dağ
yamaclarında bitki örtüyünün mühafizəsi və bərpası tədbirləri daxildir.
Apardığımız tədqiqat işləri göstərdi ki, dağ meşələri eroziyaya və sellərin qarşısını almaqda böyük rol
oynayır, belə ki, çöl təcrübə işlərimizə əsasən normal meşə torpağının susızdırma qabiliyyəti yüksək olub 70-
100 mm/dəq-dirsə, qanunsuz qırıntı nəticəsində seyrəkləşmiş meşə sahəsində (doluluğu 02-yə salınmış) torpağın
susızdırma qabiliyyəti normal meşəyə nisbətən 40-50 dəfə, meşəsizləşdirilmiş kəndətarfı örüşə nisbətən isə 60-
70 dəfə az olmuşdur (şək. 23.2, 23.3).
|