23.14. KOSMİK FƏLAKƏTLƏR
Bir çox ehtimal olunan və az ehtimal olunan kosmik fəlakətlərdən ən məlum olanı və geniş yayılanı
planetlərarası fəzadan Yer səthinə əsasən kosmik toz halında düşən meteoritlərdir (aerolitlər). Hər gün Yer
səthinə yüz tonlarla meteorit düşür. Meteoritlərin ölçüləri təqribən 1 mm-bir neçə metr, çəkiləri isə təqribən 1
qram – 1 neçə tondur. Adətən meteoritlər atmosferə sürtünməsi nəticəsində 160-180 km yüksəklikdə alışır və
Yerə çatmamış atmosferdə yanıb külə dönür, lakin bəzən onlar Yerə çatır. Tərkibinə görə meteoritlər üç növdür:
daş meteorit (92%), dəmir-dağ meteorit (2%) və dəmir meteorit (6%). Daş meteorit əsasən dəmir-maqnezium
silikatları və dəmir-nikel ərintisindən, dəmir-daş meteorit əsasən pollasitlərdən, dəmir-nikel və silikatlardan,
dəmir meteorit isə nikelli dəmirdən ibarətdir.
Ən nəhəng meteorit (təqribən 60 ton) 1920-ci ildə Cənubi-qərbi Afrikada tapılan Qoba dəmir meteoriti
hesab olunur. Ölçüsünə görə ikincisi (34 ton) Qrenlandiyada tapılmışdır. Kütləsi 1 tondan artıq olan təqribən 35
meteorit məlumdur. Meteoritlərin parçalanması nəticəsində minədək meteoriti olan qrup (meteorit yağışı) düşür.
1947-ci ildə düşən Sixote-Alin meteoriti yağışı təqribən 70 tondur. Keçmiş SSRİ ərazisində 160 meteorit
tapılmışdır (1988). 1959-cu il noyabrın 24-də Yardımlı rayonuna ümumi ağırlığı 150 kq olan dəmir meteorit
düşmüşdür.
Meteoritlər düşərkən güclü işıq, səs və mexaniki hadisələrə səbəb olur; səmada quyruğu səpələnən parlaq
odlu kürə halında görünür, buna bolid deyilir. Bu, gecə bir neçə yüzlərlə kilometr ərazini işıqlandırır. Yerdəki
kimyəvi elementlərin demək olar ki, hamısı meteoritdə də var. Meteoritdə radioaktiv kimyəvi elementlərin və
onların parçalarının olması nəticəsində aşkar edilmişdir ki, meteorit maddəsinin yaşı 4,5 mlrd. ildir. Bəzən
ağırlığı bir neçə ton olan meteorit Yerə düşdükdə planetar fəlakət yarada bilər. Onlar böyk bir zərbə ilə yerə
düşdükdə parçalanır, diametri təqribən 1 metrdən bir neçə kilometr olan dairəvi və qıfabənzər geniş meteorit
krateri adlanan çuxur əmələ gətirir. 2 km/san-dən böyük sürətlərlə meteorit zərbə nəticəsində bərk haldan güclü
sıxılmış qaza çevrilir və güclü zərbə dalğası yaranır. Meteorit krateri iki növdür: zərbə meteorit krateri və
partlayış meteorit krateri. Zərbə kraterinin diametri nisbətən böyükdür (8 metrdən onlarla metrədək). Yüzə
qədər meteorit krateri məlumdur. Ərinən böyük meteorit krateri Arizona krateri (Şimali Amerikada Arizon
392
ştatındadır) hesab olunur. Onun diametri 1207 m, dərinliyi 175 metrdir. 1947-ci ildə Sixote-Alin meteoriti
adlandırılan dəmir meteoriti düşdükdə diametri 26 metrə çatan 24 meteorit krateri əmələ gəlmişdir.
Sarema adasında (Estoniya) 7 meteorit krateri vardır, onların ən böyüyünün diametri 110 metrə çatır. 1908-
ci ildə Sibirə düşən Tunquska meteoriti ən böyük meteoritlərdən biridir. Onun düşməsindən əmələ gələn güclü
səs çox uzaqlarda eşidilmişdir.
Düşən meteoritlərin belə böyük kraterlər əmələ gətirməsi, şübhəsiz ki, planetimizin atmosferində sapmalar
yaratmış və ehtimal ki, qasırğa, tufan və zəlzələlərlə müşayiət olunmuşdur. Bununla yanaşı, zərbə nəticəsində
olduqca çoxlu miqdarda havaya qalxan toz kütləsi atmosferin şəffaflağını, yerə düşən günəş şüalarını
azaltmışdır. Bu isə yəqin ki, temperatur rejimini dəyişmişdir.
Bundan başqa, Alveresin böyük təbaşir dövrünün tərk olmasını (o cümlədən dinozavrların) möhtəşəm
meteoritlərin düşməsi ilə əlaqələndirmə hipotezini qəbul edərək, Yer səthinin kimyəvi tərkibinin dəyişməsini
meteorit materialları hesabına getməsini nəzərə almaq lazımdır. Hesablamalar göstərir ki, (Alekseyenko, 2005)
o dövrdə torpaqda iridiumun kəskin artması (daş meteoritlərdə iridiumun (İr) miqdarı Yerin litosferindəkindən
min dəfə çoxdur) bioloji fəlakətlər üçün kifayət etmişdir.
Qeyd etmək lamızdır ki, A.İ.Perelmanın məlumatına əsasən iridium anomaliyası venda və kembri (570
mln. il), Perm və Trias sərhədində (248 mln. il), təbaşir sisteminin turon əsrində (90 mln. il), alt kaynazoyun
eosen şöbəsində (40 mln. il) planetar miqyasda məlumdur. Tam ehtimal ki, bütün bunlar möhtəşəm kosmik
fəlakətlərin nəticələri olmuşlar. Belə fəlakətlər olduqca çox nadir hallarda olur, onun qarşısının alınmasında
bəşəriyyət hələ acizdir.
Bizim günümüzə qədər biosfer mürəkkəb və asan olmayan yol keçmişdir. Onun payına olduqca müxtəlif ən
möhtəşəm kosmik və planetar fəlakətlərdən tutmuş, regional və lokal fəlakətlər düşmüşdür. Onların inkişafı çox
vaxt biosferi özünü məhv etmə və tam parçalanma hüduduna salmışdır. Lakin hər dəfə daxili enerji nəticəsində
biosfer olduqca çətin vəziyyətdən çıxa bilmiş və həyat yenidən canlanmışdır. Geoloji tarixdə belə hadisələr
saysız-hesabsızdır. 65 milyon il əvvəl baş verən biosferin qlobal krizisini buna parlaq misal göstərmək olar. Ye-
rin möhtəşəm kosmik cisimlə (astreoidlə) toqquşması nəticəsində ekoloji fəlakət baş vermişdir. Atmosferin qaz
tərkibi və havanın yerüstü və dəniz akvatoriyalarının temperaturu dəyişmiş, qurunun geniş ərazilərində böyük
miqyaslı meşə yanğınları baş vermiş və s. Bir neçə yüz milyard ton kütləsi olan 10 km-ə yaxın diametrli kosmik
cismin partlaması əvvəlcə yanğınlar nəticəsində yerüstü temperaturun xeyli yüksəlməsinə, sonra isə «nüvə
qışına» bənzər soyuqlaşmaya səbəb olmuşdur.
Təbii balansın pozulmasının olduqca böyük olması yerüstü iri onurğalıların, o cümlədən dinozavrların
məhvinə səbəb olmuşdur. Yerin üzvi həyatı tamamilə meşə örtüyündən məhrum olmuşdur. Bütün başıayaqlı
molyusklar (ammonitlər və belemnitlər), plankton orqanizmlərin, mərcanların və mamırların bütün ailələrinin,
braxionodların, qarınayaqlı molyuskların ailələrinin isə 75%-i və digər orqanizmlər sıradan çıxmışlar. Lakin
nisbətən az vaxt ərzində – 3-5 milyon ildən sonra Yerdə üzvi həyat yenidən dirçəlmişdir.
Bununla belə, Yerin tarixində bu kosmik fəlakət ən böyüyü sayılmır.
Geoloji tarixin son 800 milyon ili ərzində 21 dəfə belə kosmik fəlakətlər olmuşdur. Bu yalnız asteroidlərin
bilavasitə zərbəsi və paltayışından ibarət olmayıb, həm də kometlərin (quyruqlu ulduzların) düşməsi və ya Yerin
yaxınlığından uçması hadisələri də müşahidə olunmuşdur. Bütün bunlar üzvi aləmin inkişaf tarixində təsbit olu-
nur və xronoloji şkalanın böyük sərhədlərində qeydə alınır. Əgər 65 mln. il Yerə asteroid düşməsəydi, kosmik
bombalar atılmasaydı, dinozavrların ömrü neçə milyon il davam edərmiş. Axı dinozavrlar yoxa çıxdıqdan sonra
onların sığınacağını məməlilər tutmuşdur, onların təkamülü Hopo-sapiensin (insanın) peyda olmasına gətirib
çıxarmışdır.
Yerin geoloji tarixində müxtəlif davamiyyətli qlyasioeralar (buzlaşma eraları) altı dəfə baş vermiş və hər
dəfə kriosferin (Yer kürəsində temperaturu mənfi olan soyuq təbəqə) böyüməsi biosferin inkişafını
məhdudlaşdırmış və onun homeostazını ( davamlığını, sabitliyini) pozmuşdur. Heyvanat aləminin və bitki
örtüyünün həyat tərzində miqrasiyasına və ya dəyişməsinə səbəb olan yalnız Yer səthinin temperaturu
pozulmamışdır, qlyasioeralar həmçinin biokütlənin olduqca azalmasına, deməli, maddələrin bioloji dövranının
pozulmasına gətirib çıxarmışdır. Hidroloji tsikl də pozulmuşdur. Buzlaşma epoxalarında okean və atmosfer
arasında rütubət mübadiləsi aşağı düşür, atmosferdə rütubətin miqdarı azalır, deməli, istilik (parnik) effekti də
aşağı düşür. Geniş ərazilərdə kriosferin inkişafı nəticəsində Yer səthinin albedosu xeyli yüksəlir, radiasiya
393
balansı isə azalır, bütün bunlar planetin soyuqlaşması effektini gücləndirir.
Vulkanizmin aktivliyi, xüsusən olduqca çoxlu miqdarda atmosferə piroklastik materialın atılması, həmçinin
çoxlu miqdarda karbon qazının da atılması, əksinə parnik (istilik) effektinin güclənməsinə şərait yaratdı.
Planetar hadisələrin həm mənfi (soyuqlaşma), həm də müsbət inkişafı landşaftların orqanizmlərinin həyat
fəaliyyətində yaxşı (əlverişli) şərait yaratdı, biosfer baş verən çətinliklərin öhdəsindən uğurla gələrək inkişaf
etməyə başladı.
Lakin antropogen təsir zamanı əgər destruksiya (dağılma, pozulma) faktoru insan tərəfindən törədilən krio-
gen-qlyasial təsir olarsa, digər ssenari törənə bilərdi. Bu, nüvə konflikti və nüvə qurğularından geniş miqyasda
istifadə edildikdə baş verməsi mümkündür. Belə halda Yerin enerji ilə təmin olunması pozular, kriosfer planetar
miqyasda yayılar, yəni Yer yeni buz planetinə çevrilə bilər.
Elmə əsaslanmış dayanıqlı inkişaf və bəşəriyyətin optimal yaşama şəraitinin strategiyasını hazırlamaq üçün
aşağıdakı prioritetləri müəyyənləşdirmək lazımdır.
- Ali – təbii-antropogen sistemlərin ekoloji-iqtisadi baxımdan optimallaşması. Demoqrafik problemin həlli
də ali prioritetin həyata keçirilməsi uğurlarından asılıdır.
- Yüksək – təbii sistemlərin və bioloji müxtəlifliklərin qorunması.
Dünyada təbii fəlakət baxımından tamamilə təhlükəsiz ölkə yoxdur. İldən-ilə təbii kataklizmlərin (dağıdıcı
çevriliş) sayı getdikcə artır.
Mütəxəssislərin əksəriyyəti təbii fəlakətlərin sayının çoxalmasını birbaşa inan fəaliyyəti ilə bağlayır.
«Scientifis American» jurnalının məlumatına əsasən təbii ekosistemlərin (məs. meşələrin) məhv edilməsi
quraqlıqların, daşqınların və qasırğaların sayının artmasına səbəb olur. Bununla yanaşı, Milli Tədqiqat Şurasının
(National Research Council) məlumatına görə urbanizasiya da bu baxımdan neqativ rol oynayır. İqlimşünas Con
Tviqqa/john Twigg qeyd edir ki, 1970-ci ildən başlayaraq təbii fəlakətlər hər il, orta hesabal 80 min insan
ölümünə səbəb olur və 144 mln. adamın həyatına neqativ təsir göstərir.
Ümumdünya Səhiyyə Təşkilatının rəyinə görə Asiya və Amerika sakinləri, Avropaya nisbətən zəlzələ, daşqın,
vulkan püskürməsinin daha çox qurbanı olurlar. Bu baxımdan inkişaf etməkdə olan ölkələr daha çox təhlükə
(qorxu) altındadır. Çoxillik statistik məlumatlar göstərir ki, bütün ölüm hadisələrinin 90%-i məhz onların payına
düşür. BMT-nin məlumatına əsasən daha az inkişaf etmiş 49 ölkənin 24-ü «risk (təhlükə) qrupunda» yerləşir.
Son 15 il ərzində bu ölkələrdən altısı ikidən səkkizə qədər dəhşətli təbii fəlakətə məruz qalmışlar. 1990-cı illərdə
84 böyük təbii kataklizm qeydə alınmışdır, bu 1960-cı illərdəki illə müqayisədə üç dəfə çoxdur. Bu fəlakətlərin
vurduğu ziyan 591 mlrd. dollar, yəni 1960-cı illərdəkinə nisbətən 8 dəfə artıq olmuşdur.
Təbii fəlakətlər sənaye cəhətdən inkişaf etmiş ölkələr üçün də qorxuludur. 1995-ci ildə Yaponiyada baş
verən güclü zəlzələ minlərlə insanın ölümünə səbəb olmuşdur. Zəlzələnin olduqca güclü olmasına baxmayaraq,
ölkə belə növ kataklizmlərə hazır olduğundan ölənlərin sayı çox olmadı və zərərçəkənlərə tez vaxtda köməklik
göstərildi. İqtisadi ziyan 155 mln. dollar təşkil etdi.
Təbii Fəlakətlər Tədqiqat Mərkəzinin məlumatına görə təbii fəlakətlər hər sonrakı onillikdə artmaqda
davam edir. Ziyan çəkənlərin sayı və iqtisadi itkilər də daima çoxalır. 1973-1982-ci illərdə dünyada 1,5 min
fəlakət qeydə alınmışdır (1 mln-a qədər ölüm hadisəsi), 1983-1992-ci illərdə fəlakətlərin sayı 3,5 minə çatmış
(1,2 mln. ölüm halı), 1993-2002-ci illərdə isə fəlakətlərin sayı 6 minə yaxın, ölənlərin sayı isə 620 min nəfər
olmuşdur.
|