QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə656/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   652   653   654   655   656   657   658   659   ...   706
 

23.14. KOSMİK FƏLAKƏTLƏR 

Bir çox ehtimal olunan və az ehtimal olunan kosmik fəlakətlərdən  ən məlum olanı  və geniş yayılanı 

planetlərarası  fəzadan Yer səthinə  əsasən kosmik toz halında düşən meteoritlərdir (aerolitlər). Hər gün Yer 

səthinə yüz tonlarla meteorit düşür. Meteoritlərin ölçüləri təqribən 1 mm-bir neçə metr, çəkiləri isə təqribən 1 

qram – 1 neçə tondur. Adətən meteoritlər atmosferə sürtünməsi nəticəsində 160-180 km yüksəklikdə alışır və 

Yerə çatmamış atmosferdə yanıb külə dönür, lakin bəzən onlar Yerə çatır. Tərkibinə görə meteoritlər üç növdür: 

daş meteorit (92%), dəmir-dağ meteorit (2%) və dəmir meteorit (6%). Daş meteorit əsasən dəmir-maqnezium 

silikatları  və  dəmir-nikel  ərintisindən, dəmir-daş meteorit əsasən pollasitlərdən, dəmir-nikel və silikatlardan, 

dəmir meteorit isə nikelli dəmirdən ibarətdir.  

Ən nəhəng meteorit (təqribən 60 ton) 1920-ci ildə  Cənubi-qərbi Afrikada tapılan Qoba dəmir meteoriti 

hesab olunur. Ölçüsünə görə ikincisi (34 ton) Qrenlandiyada tapılmışdır. Kütləsi 1 tondan artıq olan təqribən 35 

meteorit məlumdur. Meteoritlərin parçalanması nəticəsində minədək meteoriti olan qrup (meteorit yağışı) düşür. 

1947-ci ildə düşən Sixote-Alin meteoriti yağışı  təqribən 70 tondur. Keçmiş SSRİ  ərazisində 160 meteorit 

tapılmışdır (1988). 1959-cu il noyabrın 24-də Yardımlı rayonuna ümumi ağırlığı 150 kq olan dəmir meteorit 

düşmüşdür.  

Meteoritlər düşərkən güclü işıq, səs və mexaniki hadisələrə səbəb olur; səmada quyruğu səpələnən parlaq 

odlu kürə halında görünür, buna bolid deyilir. Bu, gecə bir neçə yüzlərlə kilometr ərazini işıqlandırır. Yerdəki 

kimyəvi elementlərin demək olar ki, hamısı meteoritdə də var. Meteoritdə radioaktiv kimyəvi elementlərin və 

onların parçalarının olması  nəticəsində  aşkar edilmişdir ki, meteorit maddəsinin yaşı 4,5 mlrd. ildir. Bəzən 

ağırlığı bir neçə ton olan meteorit Yerə düşdükdə planetar fəlakət yarada bilər. Onlar böyk bir zərbə ilə yerə 

düşdükdə parçalanır, diametri təqribən 1 metrdən bir neçə kilometr olan dairəvi və qıfabənzər geniş meteorit 

krateri adlanan çuxur əmələ gətirir. 2 km/san-dən böyük sürətlərlə meteorit zərbə nəticəsində bərk haldan güclü 

sıxılmış qaza çevrilir və güclü zərbə dalğası yaranır. Meteorit krateri iki növdür: zərbə meteorit krateri və 

partlayış meteorit krateri. Zərbə kraterinin diametri nisbətən böyükdür (8 metrdən onlarla metrədək). Yüzə 

qədər meteorit krateri məlumdur.  Ərinən böyük meteorit krateri Arizona krateri  (Şimali Amerikada Arizon 




 

392


ştatındadır) hesab olunur. Onun diametri 1207 m, dərinliyi 175 metrdir. 1947-ci ildə  Sixote-Alin meteoriti 

adlandırılan dəmir meteoriti düşdükdə diametri 26 metrə çatan 24 meteorit krateri əmələ gəlmişdir.  

Sarema adasında (Estoniya) 7 meteorit krateri vardır, onların ən böyüyünün diametri 110 metrə çatır. 1908-

ci ildə Sibirə düşən Tunquska meteoriti ən böyük meteoritlərdən biridir. Onun düşməsindən əmələ gələn güclü 

səs çox uzaqlarda eşidilmişdir.  

Düşən meteoritlərin belə böyük kraterlər əmələ gətirməsi, şübhəsiz ki, planetimizin atmosferində sapmalar 

yaratmış və ehtimal ki, qasırğa, tufan və zəlzələlərlə müşayiət olunmuşdur. Bununla yanaşı, zərbə nəticəsində 

olduqca çoxlu miqdarda havaya qalxan toz kütləsi atmosferin şəffaflağını, yerə düşən günəş  şüalarını 

azaltmışdır. Bu isə yəqin ki, temperatur rejimini dəyişmişdir.  

Bundan başqa, Alveresin böyük təbaşir dövrünün tərk olmasını (o cümlədən dinozavrların) möhtəşəm 

meteoritlərin düşməsi ilə  əlaqələndirmə hipotezini qəbul edərək, Yer səthinin kimyəvi tərkibinin dəyişməsini 

meteorit materialları hesabına getməsini nəzərə almaq lazımdır. Hesablamalar göstərir ki, (Alekseyenko, 2005) 

o dövrdə torpaqda iridiumun kəskin artması (daş meteoritlərdə iridiumun (İr) miqdarı Yerin litosferindəkindən 

min dəfə çoxdur) bioloji fəlakətlər üçün kifayət etmişdir.  

Qeyd etmək lamızdır ki, A.İ.Perelmanın məlumatına  əsasən  iridium anomaliyası venda və kembri (570 

mln. il), Perm və Trias sərhədində (248 mln. il), təbaşir sisteminin turon əsrində (90 mln. il), alt kaynazoyun 

eosen  şöbəsində (40 mln. il) planetar miqyasda məlumdur. Tam ehtimal ki, bütün bunlar möhtəşəm kosmik 

fəlakətlərin nəticələri olmuşlar. Belə  fəlakətlər olduqca çox nadir hallarda olur, onun qarşısının alınmasında 

bəşəriyyət hələ acizdir.  

Bizim günümüzə qədər biosfer mürəkkəb və asan olmayan yol keçmişdir. Onun payına olduqca müxtəlif ən 

möhtəşəm kosmik və planetar fəlakətlərdən tutmuş, regional və lokal fəlakətlər düşmüşdür. Onların inkişafı çox 

vaxt biosferi özünü məhv etmə və tam parçalanma hüduduna salmışdır. Lakin hər dəfə daxili enerji nəticəsində 

biosfer olduqca çətin vəziyyətdən çıxa bilmiş  və  həyat yenidən canlanmışdır. Geoloji tarixdə belə hadisələr 

saysız-hesabsızdır. 65 milyon il əvvəl baş verən biosferin qlobal krizisini buna parlaq misal göstərmək olar. Ye-

rin möhtəşəm kosmik cisimlə (astreoidlə) toqquşması nəticəsində ekoloji fəlakət baş vermişdir. Atmosferin qaz 

tərkibi və havanın yerüstü və dəniz akvatoriyalarının  temperaturu dəyişmiş, qurunun geniş ərazilərində böyük 

miqyaslı meşə yanğınları baş vermiş və s. Bir neçə yüz milyard ton kütləsi olan 10 km-ə yaxın diametrli kosmik 

cismin partlaması  əvvəlcə yanğınlar nəticəsində yerüstü temperaturun xeyli yüksəlməsinə, sonra isə «nüvə 

qışına» bənzər soyuqlaşmaya səbəb olmuşdur.  

Təbii balansın pozulmasının olduqca böyük olması yerüstü iri onurğalıların, o cümlədən dinozavrların 

məhvinə  səbəb olmuşdur. Yerin üzvi həyatı tamamilə meşə örtüyündən məhrum olmuşdur. Bütün başıayaqlı 

molyusklar (ammonitlər və belemnitlər), plankton orqanizmlərin, mərcanların və mamırların bütün ailələrinin, 

braxionodların, qarınayaqlı molyuskların ailələrinin isə 75%-i və digər orqanizmlər sıradan çıxmışlar. Lakin 

nisbətən az vaxt ərzində – 3-5 milyon ildən sonra Yerdə üzvi həyat yenidən dirçəlmişdir.  

Bununla belə, Yerin tarixində bu kosmik fəlakət ən böyüyü sayılmır. 

Geoloji tarixin son 800 milyon ili ərzində 21 dəfə belə kosmik fəlakətlər olmuşdur. Bu yalnız asteroidlərin 

bilavasitə zərbəsi və paltayışından ibarət olmayıb, həm də kometlərin (quyruqlu ulduzların) düşməsi və ya Yerin 

yaxınlığından uçması hadisələri də müşahidə olunmuşdur. Bütün bunlar üzvi aləmin inkişaf tarixində təsbit olu-

nur və xronoloji şkalanın böyük sərhədlərində qeydə alınır. Əgər 65 mln. il Yerə asteroid düşməsəydi, kosmik 

bombalar atılmasaydı, dinozavrların ömrü neçə milyon il davam edərmiş. Axı dinozavrlar yoxa çıxdıqdan sonra 

onların sığınacağını  məməlilər tutmuşdur, onların təkamülü  Hopo-sapiensin (insanın) peyda olmasına gətirib 

çıxarmışdır.  

Yerin geoloji tarixində müxtəlif davamiyyətli qlyasioeralar (buzlaşma eraları) altı dəfə baş vermiş və hər 

dəfə kriosferin (Yer kürəsində temperaturu mənfi olan soyuq təbəqə)  böyüməsi biosferin inkişafını 

məhdudlaşdırmış  və onun homeostazını ( davamlığını, sabitliyini) pozmuşdur. Heyvanat aləminin və bitki 

örtüyünün həyat tərzində miqrasiyasına və ya dəyişməsinə  səbəb olan yalnız Yer səthinin temperaturu 

pozulmamışdır, qlyasioeralar həmçinin biokütlənin olduqca azalmasına, deməli, maddələrin bioloji dövranının 

pozulmasına gətirib çıxarmışdır. Hidroloji tsikl də pozulmuşdur. Buzlaşma epoxalarında okean və atmosfer 

arasında rütubət mübadiləsi aşağı düşür, atmosferdə rütubətin miqdarı azalır, deməli, istilik (parnik) effekti də 

aşağı düşür. Geniş  ərazilərdə kriosferin inkişafı  nəticəsində Yer səthinin albedosu xeyli yüksəlir, radiasiya 




 

393


balansı isə azalır, bütün bunlar planetin soyuqlaşması effektini gücləndirir.  

Vulkanizmin aktivliyi, xüsusən olduqca çoxlu miqdarda atmosferə piroklastik materialın atılması, həmçinin 

çoxlu miqdarda karbon qazının da atılması, əksinə parnik (istilik) effektinin güclənməsinə şərait yaratdı.  

Planetar hadisələrin həm mənfi (soyuqlaşma), həm də müsbət inkişafı landşaftların orqanizmlərinin həyat 

fəaliyyətində yaxşı  (əlverişli)  şərait yaratdı, biosfer baş verən çətinliklərin öhdəsindən uğurla gələrək inkişaf 

etməyə başladı.  

Lakin antropogen təsir zamanı əgər destruksiya (dağılma, pozulma) faktoru insan tərəfindən törədilən krio-

gen-qlyasial təsir olarsa, digər ssenari törənə bilərdi. Bu, nüvə konflikti və nüvə qurğularından geniş miqyasda 

istifadə edildikdə baş verməsi mümkündür. Belə halda Yerin enerji ilə təmin olunması pozular, kriosfer planetar 

miqyasda yayılar, yəni Yer yeni buz planetinə çevrilə bilər.  

Elmə əsaslanmış dayanıqlı inkişaf və bəşəriyyətin optimal yaşama şəraitinin strategiyasını hazırlamaq üçün 

aşağıdakı prioritetləri müəyyənləşdirmək lazımdır.  

Ali – təbii-antropogen sistemlərin ekoloji-iqtisadi baxımdan optimallaşması. Demoqrafik problemin həlli 

də ali prioritetin həyata keçirilməsi uğurlarından asılıdır.  

Yüksək – təbii sistemlərin və bioloji müxtəlifliklərin qorunması.   

Dünyada təbii fəlakət baxımından tamamilə təhlükəsiz ölkə yoxdur. İldən-ilə təbii kataklizmlərin (dağıdıcı 

çevriliş) sayı getdikcə artır.  

Mütəxəssislərin  əksəriyyəti təbii fəlakətlərin sayının çoxalmasını birbaşa inan fəaliyyəti ilə bağlayır. 

«Scientifis American» jurnalının məlumatına  əsasən təbii ekosistemlərin (məs. meşələrin) məhv edilməsi 

quraqlıqların, daşqınların və qasırğaların sayının artmasına səbəb olur. Bununla yanaşı, Milli Tədqiqat Şurasının 

(National Research Council) məlumatına görə urbanizasiya da bu baxımdan neqativ rol oynayır. İqlimşünas Con 

Tviqqa/john Twigg qeyd edir ki, 1970-ci ildən başlayaraq təbii fəlakətlər hər il, orta hesabal 80 min insan 

ölümünə səbəb olur və 144 mln. adamın həyatına neqativ təsir göstərir.  

Ümumdünya Səhiyyə Təşkilatının rəyinə görə Asiya və Amerika sakinləri, Avropaya nisbətən zəlzələ, daşqın, 

vulkan püskürməsinin daha çox qurbanı olurlar. Bu baxımdan inkişaf etməkdə olan ölkələr daha çox təhlükə 

(qorxu) altındadır. Çoxillik statistik məlumatlar göstərir ki, bütün ölüm hadisələrinin 90%-i məhz onların payına 

düşür. BMT-nin məlumatına əsasən daha az inkişaf etmiş 49 ölkənin 24-ü «risk (təhlükə) qrupunda» yerləşir. 

Son 15 il ərzində bu ölkələrdən altısı ikidən səkkizə qədər dəhşətli təbii fəlakətə məruz qalmışlar. 1990-cı illərdə 

84 böyük təbii kataklizm qeydə alınmışdır, bu 1960-cı illərdəki illə müqayisədə üç dəfə çoxdur. Bu fəlakətlərin 

vurduğu ziyan 591 mlrd. dollar, yəni 1960-cı illərdəkinə nisbətən 8 dəfə artıq olmuşdur.  

 

Təbii fəlakətlər sənaye cəhətdən inkişaf etmiş ölkələr üçün də qorxuludur. 1995-ci ildə Yaponiyada baş 



verən güclü zəlzələ minlərlə insanın ölümünə səbəb olmuşdur. Zəlzələnin olduqca güclü olmasına baxmayaraq, 

ölkə belə növ kataklizmlərə hazır olduğundan ölənlərin sayı çox olmadı və zərərçəkənlərə tez vaxtda köməklik 

göstərildi. İqtisadi ziyan 155 mln. dollar  təşkil etdi.  

 

Təbii Fəlakətlər Tədqiqat Mərkəzinin məlumatına görə  təbii fəlakətlər hər sonrakı onillikdə artmaqda 



davam edir. Ziyan çəkənlərin sayı  və iqtisadi itkilər də daima çoxalır. 1973-1982-ci illərdə dünyada 1,5 min 

fəlakət qeydə alınmışdır (1 mln-a qədər ölüm hadisəsi), 1983-1992-ci illərdə fəlakətlərin sayı 3,5 minə çatmış 

(1,2 mln. ölüm halı), 1993-2002-ci illərdə isə fəlakətlərin sayı 6 minə yaxın, ölənlərin sayı isə 620 min nəfər 

olmuşdur. 




 

394


 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   652   653   654   655   656   657   658   659   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin