Quraqlıq və quru küləklərə qarşı tədbirlər. Bu məqsədlə əsasən aqrotexniki və meliorasiya tədbirləri
həyata keçirilir.
Suvarma – quraqlıq və quru küləklərə qarşı radikal üsul sayılır. Suvarma hətta səhra şəraitində bitkilərdən
yüksək məhsul götürməyə imkan yaradır. Səhra şəraitində günəş enejisi yüksək olduğundan, suvarma xüsusilə
yaxşı effekt verir. Burada suvarma şəraitində (vahələrdə) alınan məhsul hətta mülayim zonadan da yüksək olur.
Suvarılan torpaq sahələrinin genişləndirilməsi nəinki səhra və yarımsəhra rayonlarında, həmçinin sabit
rütubətliyə malik olmayan bozqır (çöl) rayonlarında da vacibdir. Bozqır rayonlarda suvarma norması və vaxtı
atmosfer yağıntıları ilə yaranan torpaq nəmliyinin rejimi ilə uyğunlaşdırılmalıdır, burada süni suvarma təbii
rütubətliyi tamamlamalıdır. Əgər süni suvarma, yağıntıların miqları ilə torpağın nəmlik dərəcəsi nəzərə
alınmadan aparıldıqda torpağın şorlaşmasına səbəb olur.
Quraqlıq rayonlarda suvarma quru küləklər əsən dövrdə aparıldıqda daha effektli nəticələr alınır. Suvarma
torpağın nəmliyi və temperaturu, həmçinin bitkilər arasında havanın temperatur və rütubətliyini dəyişir (nizama
salır).
|