QəRİb məMMƏdov, mahmud xəLİlov


(RAH – Rusiyanın Avropa hissəsi)



Yüklə 4,26 Mb.
səhifə648/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   644   645   646   647   648   649   650   651   ...   706
(RAH – Rusiyanın Avropa hissəsi) 

 

  



Qeyd etmək lazımdır ki, quru və yarımquru rayonlarda (bozqır, yarımsəhra) yağıntılar, kifayət qədər 

rütubətli rayonlarda isə radiasiya balansı, temperatur, rütubətliyi səciyyələndirən əsas element hesab olunur. İl 

ərzində yağıntıların paylanması, torpağın tərkibi, relyef və digər faktorlar torpaqda rütubətin toplanmasını təyin 

edir.  


XVIII yüz illikdə Rusiyanın Avropa hissəsində meteoroloji şərait xeyli tərəddüdlərlə və ekstremallığın ümumi 

güclənməsi, həmçinin hava şəraitinin kontrastlığı ilə qeydə alınmışdır: 39 il quraq, 19 il yağıntılı, 36 dəfə soyuq 




 

386


qışla, 22 – mülayim qışla qeydə alınmışdır.  Əvvəlki  əsrlərlə müqayisədə soyuq yaz, yayda soyuğun qayıtması, 

yayın sonunda şaxtalar daha çox təkrarlanmışdır. Bu əsrdə Rusiya 68 olduqca aclıq ili keçirmişdir.  

Rusiyanın Avropa ərazisində son 115 ildə quraqlıqlar aşağıdakı illərdə qeydə alınmışdır: 1885, 1889, 1891, 

1892, 1897, 1901, 1906, 1914, 1917, 1920, 1921, 1924, 1931, 1934, 1936, 1938, 1939, 1946, 1948, 1950, 1951, 

1954, 1963, 1966, 1968, 1972, 1975, 1981, 1984, 1986.  

Ən çox quraqlıq dövrləri 1890-1895, 1920-1925 və 1950-1955-ci illər dövründə, yəni təqribən hər 30 ildən 

bir qeydə alınmışdır. Sonralar quraqlığın təkrar olunması çoxalmışdır. 60-70-ci illər altı böyük quraqlıq 

olmuşdur.  

Axırıncı iki yüzilliklər  ərzində  Mərkəzi Avropada böyük quraqlıqlar orta hesabla 6-7 ildən bir 

təkrarlanmışdır, ən sərt quraqlıqlar 1881-ci ildən başlayaraq 1887, 1893, 1904, 1911, 1921, 1947, 1949, 1976-cı 

illərdə baş vermişdir. Həmin dövrdə eyni zamanda Fransa və Almaniyada quraqlıqlar 1891, 1917, 1919, 1926, 

1936, 1945, 1961, 1976, 1977-ci illərdə müşahidə olunmuşdur (V.F.Loqinov, 2002).  

Şimal yarımkürəsində ekstremal quru və ekstremal rütubətli ayların olması tezliyi XIX əsrin 1880-ci və 

1890-cı illərində, XX əsrin 1940-1949 və 1950-1959-cu illərində minimum, XIX əsrin sonu və XX əsrin 

sonuncu onilliyində maksimum olmuşdur.  

Yer kürəsinin müxtəlif rayonlarında quraqlıqların müəyyən  əlaqəsi son yüzilliklərdə mövcuddur (şəkil 

23.6), hərçənd korelyasiya böyük deyildir. Şəkildən göründüyü kimi, Rusiyanın Avropa hissəsində,  Şimali 

Avropada, Sudanda və Saxelye zonasında son bir neçə onillikdə quraqlıq artmış, Cənubi Avropada, Hindistanda 

və Meksikada isə azalmışdır.  

Azərbaycanda quraqlıq, uzun müddətli yağışsız hava şəraiti, havanın yüksək temperaturu və aşağı rütubəti 

ilə müşayiət olunan Kür-Araz ovalığında müşahidə edilir.  

Respublikamızda quraqlıq hadisələri Ə.C.Əyyubov və X.Ş.Rəhimovun (2000) məlumatına istinad edilərək 

verilir. Azərbaycan ərazisində quraqlıqların yayılması və mənşəyi, onlara qarşı mübarizə tədbirlərinin tədqiqi ilə 

İ.V.Fiqurovski (1926), Ə.M.Şıxlinski (1958, 1968), Ə.A.Mədətzadə (1976), G.Ə.Əliyeva (1977), Ə.C.Əyyubov 

(1968) və başqaları məşğul olmuşlar. Ə.M.Şıxlinskinin tədqiqatları göstərir ki, quraqlıqlar Kür-Araz ovalığında 

aprel-sentyabr aylarında bir aydan üç aya qədər davam edir. Dağlıq ərazilərdə isə quraqlıqların davamı bəzən 1-

2 ay çəkir. Düzən (aran) rayonlarında quraqlıqlar iki ildə 1-3 dəfə müşahidə edilir. Ə.C.Əyyubova (1968) görə 

respublikamızın düzən və dağətəyi ərazilərinin 60%-dən çoxu quraq zonaya daxildir və burada hər il quraqlıq 

ola bilər.  Ə.M.Şıxlinskinin (1968) hesablamalarına görə respublika ərazisində  buxarlanma çatışmazlığı 

(buxarlanma qabiliyyəti ilə buxarlanma arasındakı  fərq) 100-200 mm-lə (yüksək dağlıq zona) 900-1000 mm 

(Naxçıvanın Arazboyu düzənliyində  və Qobustanda)) arasında dəyişir. Kür-Araz ovalığında bu göstərici 700-

900 mm arasında müşahidə edilir. Buxarlanma çatışmazlığı bitkilərin böyümə  və inkişafı üçün çatışmayan 

rütubətin miqdarını təyin edir, bu iqlim-suvarma norması adlanır. 

Ə.C.Əyyubov (1984) respublikamızın  ərazisində rütubətlənmə göstəricisinə (Md) görə  aşağıdakı landşaft 

zonaları ayırmışdır (cədvəl 23.6). Bu göstərici (Md) il və ya vegetasiya dövrü ərzində düşən yağıntıların 

miqdarının, həmin dövr üçün rütubətlik defisitinə olan nisbəti şəklində istifadə olunur. Müəllif ağyelli, quru və 

mülayim quru havaların olduğu  şəraiti quraq günlər kimi qəbul edir və qeyd edir ki, belə günlər apreldən 

başlayaraq müşahidə olunur. Bununla belə, quraq dövr iyun ayından başlayaraq sentyabra qədər davam edir.  

Respublika ərazisində quraq havalı günlərin davamiyyəti, torpağın və havanın rütubətliyinin paylanmasının 

təhlili nəticəsində quraqlıq dərəcəsinə görə 3 tip rayon ayrılır (Əyyubov, Rəhimov, 2000). 




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   644   645   646   647   648   649   650   651   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin