Dik dağ yamaclarında toplanmış böyük qar kütləsinin qoparaq və ya sürüşərək hərəkət boyu yeni-yeni qar
porsiyalarını və digər obyektləri özü ilə aparmasına qar uçqunu deyilir. İki cür qar uçqunu olur: quru və ya qış
qar uçqunu və yaş və ya yaz qar uçqunu. Quru qar uçqununun hərəkət sürəti 80-100 m/san, yaş qar uçqununun
sürəti isə 10-20 m/san olur.
Qar uçqunu əsasən dik dağ yamaclarında çox qar yığılıb qarın qalınlığı 40-50 sm-dən artıq olduqda baş verir.
Onun başvermə səbəblərindən biri qarın aşağı laylarında təzyiqlə əlaqədar temperaturun qalxması, yaxud hava
istiləşdikdə qar suyunun qar örtüyünün altına süzülərək yamacı islatması və qarın öz ağırlığı ilə aşağı sürüşməsidir.
oynayır. Yamaclarda insanın fəaliyyəti (yamaclarda meşə və kolluqların qırılması, intensiv mal-qara otarılaraq
çılpaqlaşmış yamaclarda sürülərlə hərəkət edən vəhşi heyvanlar) də qar uçqununa səbəb ola bilir. Qar uçqunlarının
həcmi bir neçə milyon kubmetrə çata bilər.
Qar uçqunları fəlakətli güclü dağıdıcı və ölüm hadisələrinə də səbəb olur. Qar uçqunları çayların yanında,
dağarası çökəkliklərdə olan yaşayış məntəqələrini, yolları, kommunikasiya xətlərini, turizm və istirahət
384
mərkəzlərini, meşələri və s. dağıdır, yararsız hala salır. Güclü qar uçqunları lokal
xarakterli yer titrəyişlərinə,
müvəqqəti və daimi su hövzələri və göllərin əmələ gəlməsinə səbəb olur (Babaxanov, Paşayev, 2004). Böyük
dağ uçqunları zamanı uçqundan əvvəl onun hava dalğası daha təhlükəli olub tikintiləri dağıdır, ağacları (meşəni)
yıxır.
Şimali Osetiya MR ərazisində 2002-ci ilin sentyabr ayında qar uçqunu faciə ilə nəticələnərək bir neçə kiçik
kənd və burada kinofilm çəkən adamların bir qrupu qar-buz uçqunu altında qalmış, 15 nəfər həlak olmuş və ya
itkin düşmüşdür.
Azərbaycanda qar uçqunları Böyük və Kiçik Qafqaz dağları yamaclarında və dərələrində baş verir.
Qar uçqunları ilə mübarizə məqsədilə qar uçqunlarına qarşı xüsusi xidmət təşkil olunmuşdur. Dik
yamaclarda qarın böyük kütləsinin toplanmasını gözləmədən artilleriya qurğularının köməyilə dağıdıcılıq
yaratmayan kiçik qar uçqunları törədilir. Yazda qar uçqunları daha çox baş verdiyi dövrdə bir sıra dağ
yollarında hərəkət qadağan olunur.
2003-cü il sentyabrın 2-də biz Qax rayonunda Kürmükçayın sol qolu Hamaçayın orta axarında, kükürdlü
isti su çıxan, insanların müalicə üçün gəldiyi «Hamam» deyilən yerə 20-30 m qalmış hələ yazayında düşən hələ
sentyabra qədər hamısı əriməyən qar uçqununun şahidi olduq. Qar uçqunu dar dərədə yolu kəsdiyindən yerli
sakinlər qarı deşərək tuneli xatırladan oyuq açmışlar. Biz də oyuqdan keçib «hamam»dan istifadə etdik.
Dostları ilə paylaş: