QəRİb məMMƏdov, mahmud xəLİlov


(tərtib edən: B.Ə.Budaqov)



Yüklə 4,26 Mb.
səhifə642/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   638   639   640   641   642   643   644   645   ...   706
(tərtib edən: B.Ə.Budaqov) 

I.  Fəal sürüşmə rayonları: 1) cənubi-şərqi Qafqazın orta dağlıq zonası, orta təbaşir və yura dövrünün 

karbonatlı süxurları, seysmiklik – 8-9 bal, ortaillik atmosfer yağıntıları 600-900 mm; 2 – Böyük Qafqazın cənub 




 

382


yamacı, Yura süxurları  və Alt Təbaşir dövrünün şistlri, qumdaşı  və  əhəngdaşları üzərində aktiv sürüşmə, 

seysmiklik – 8 bala qədər, ortaillik atmsofer yağıntıları– 1200-1400 mm.  



II. 3 – Orta dərəcədə  fəaliyyətdə olan sürüşmə rayonları; 3 – Qusar maili düzənliyi və ona bitişik alçaq 

dağlıq ərazilər, dördüncü dövrün dəniz, kontinental allüvial çöküntüləri, ortaillik atmosfer yağıntıları 400-600 

mm;   4 – Kiçik Qafqazın şimal-şərq yamacının orta, qismən yüksək dağlığı, terrigen, vulkanik və piroklastik 

çöküntülər, seysmiklik – 7-8 bal, ortaillik atmosfer yağıntıları – 600-900 mm; 5 – Həkərə  və  Tərtər çayları 

hövzəsinin orta, qismən yüksək dağlıq hissəsi, təbaşir, terrigen – vulkanik çöküntülər, seysmiklik 7-8 bal, 

ortaillik yağıntılar 600-900 mm; 6 – Naxçıvan və  Lənkəran rayonlarının orta, qismən yüksək dağlıq hissəsi, 

vulkanik çöküntülər, Naxçıvanda seysmiklik 9 bala qədər, ortaillik yağıntılar 600-900 mm; Lənkəranda 7 bal və 

200-600 mm.  

III. Zəif fəaliyyətdə olan sürüşmə rayonları: 7 – Qobustan alçaq dağlıq, üçüncü dövrün karbonatlı-terrigen 

çöküntüləri, seysmiklik – 7 bala qədər, ortaillik yağıntılar – 400-500 mm; 8 – Qarabağın orta, qismən yüksək 

dağlıq hissəsi, vulkanik mənşəli terrigen – piroklastik çöküntüləri, seysmiklik 6-7 bala kimi, yağıntılar – 600-

900 mm; 9 – sürüşməyə qismən məruz qalmış ərazilər.  

Azərbaycanda sel hadisələri A.A.Əlizadə, M.A.Qaşqay, M.D.Zairi (1943), N.K.Kərimov (1959), 

B.Ə.Budaqov (1982, 1983), D.M.Süleymanov (1968), İ.D.Mərdanov (1978), A.Ş.Həbibov, F.S.Seyidəliyev, 

A.M.Məmmədov (1976), B.Ə.Budaqov, N.A.Babaxanov (2002), N.A.Babaxanov, N.Ə.Paşayev (2004) və b. 

əsərlərində ətraflı məlumat verilir.  

Sürüşmələr  əsasən Böyük Qafqazın cənub yamacında Mazımçay, Balakənçay, Talaçay, Muxaxçay, 

Kürmükçay, Şinçay, Kişçay, Girdimançay, Göyçay, Ağsuçay, Pirsaatçay, Çikilçay, Böyük Qafqazın şimali-şərq 

yamacında – Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçay, Ataçay, Kiçik Qafqazda – Gəncəçay, Kürəkçay, 

Şəmkirçay, Talış dağlarında – Lənkərançay, Viləşçay hövzələrinin dağlıq və dağətəyi ərazilərində baş verir.  

Azərbaycan  ərazisi üçün sürüşmələrin genetik tipinə  və onların intensivliyinə görə rayonlaşması 

B.Ə.Budaqov (1982) tərəfindən verilmişdir (şəkil 23.5). Rayonlaşma xəritə-sxemindən göründüyü kimi, 

respublikamızın  ərazisində sürüşmə prosesləri qeyri bərabər yayılmışdır.  Ən fəal sürüşmə hadisələri Böyük 

Qafqaz dağlarının bütün yüksəklik qurşaqlarında müşahidə olunur.  

Böyük Qafqazın cənub-şərq yamacında dağ yamaclarının dikliyi, gil və gil çöküntülərinin geniş yayılması, 

layların nisbətən dik yatması, dərinə eroziyanın intensiv inkişafı, zəlzələlərin baş verməsi və insanın intensiv 

təsərrüfat fəaliyyəti sürüşmələrin geniş yayılmasına səbəb olmuşdur.  

Bununla yanaşı, sürüşmələrin intensivliyi həmçinin buradakı Malkamud, Qaynar, Gəmirvan, Qazmaqırız. 

Siyəzən və digər tektonik pozulma və üstəgəlmələrin fəallığı ilə də əlaqədardır (Budaqov, Quluzadə, 2000).  

23.5 xəritə-sxemindən göründüyü kimi, Kiçik Qafqazda orta dərəcədə  fəaliyyətli sürüşmələr inkişaf 

etmişdir. Xəritənin müəllifinin (Budaqov) tədqiqatlarına görə Kiçik Qafqazda sürüşmələr orta-dağlıq qurşaqda, 

əsasən dağarası çökəkliklərə (Başkənd-Dəstəfur, Xoşbulaq və b.) toplanmış gilli örtük çöküntülərində və onları 

parçalayan çay dərələrinin yamaclarında inkişaf etmişdir, köklü ana süxurlarda sürüşmələr Gəncəçay, Kürəkçay, 

Tərtərçay,  Əkərəçay, Paraçay, Naxçıvançay və başqa çay hövzələrində müşahidə edilir. Talış zonasında isə 

sürüşmələr  ən çox Yardımlı çökəkliyində baş verir. Bu ərazilərdə sürüşmələrin inkişafında fikrimizcə, güclü 

antropogen təsirlərin (ərazinin meşəsizləşdirilməsi) də rolu az deyildir.  

M.A.Müseyibovun (1975) tədqiqatlarına  əsasən orta Kür çökəkliyində sürüşmə prosesləri nisbətən az 

inkişaf tapmışdır, burada sürüşmələr  əsasən Çobandağ silsiləsinin  şimal yamacında, Elləroyuğu və Tülkütəpə 

yüksəkliklərində müşahidə olunur.  

N.A.Babaxanov, N.Ə.Paşayev (2004) Azərbaycan ərazisində baş verən dağıdıcı sürüşmələr haqqında tarixi 

coğrafi mənbələrdə olan məlumatları araşdırmışlar. Onları  aşağıda  şərh edirik: 1920-21-ci illərdə baş vermiş 

sürüşmələr nəticəsində Dəvəçi rayonunun Bəy-Əhmədyurd kəndi dağılmış və başqa yerə köçürülmüşdür. 1943-

cü ilin aprelində Yuxarı  Fındığan kəndində sürüşmə  nəticəsində 50 ev dağılmış, 40 ha-dan artıq  əkin sahəsi 

yararsız hala düşmüşdür, sürüşmə  nəticəsində Tumarxanlı  kəndi də dağılmışdır. Uzunluğu 5 km, eni 2,5 km 

olan sürüşmə 3 gün ərzində Böyük Qafqazın cənub yamacında yerləşən Tircan kəndini dağıtmışdır, 1963-cü il 

mayın 12-də sürüşmə  nəticəsində yenidən bərpa edilmiş Tircan kəndində 15 ev, Murdu kəndində isə 47 ev 

dağılmışdır (Mustafayev, 1975). 1973-cü ildə Girdimançayın sol sahilində Nohurlar kəndi yaxınlığında «Aqşin» 

adlı sürüşmə  hərəkətə  gəlmiş, 70-90 yaşlı  ağacları  yıxmış, çay yatağını külli miqdarda asılı materiallar 

doldurmuşdu. 1980-ci ildə  Ağsu aşırımından  İsmayıllı, Qəbələ, Oğuz,  Şəki rayonlarına çəkilən Muğanlı-

İsmayıllı yolunun 10 km-lik məsafəsi qədim, passiv sürüşmə  ərazisindən keçdiyindən demək olar ki, hər il 

sürüşmələrə məruz qalır, yoldan uzun müddət istifadə olunmur. 2002-ci il mayın 9-da yolun 2 km-lik məsafəsi 

sürüşmə nəticəsində yararsız hala düşmüşdür (Babaxanov, Paşayev, 2004).  




 

383


Son 10-15 il ərzində Bakı şəhəri ərazisində, xüsusən Bakı amfiteatrının Xəzərə bitişik yerlərində (Bayıl və 

Zığ sahələri) mövcud qədim sürüşmə sahələri daha geniş vüsət almış və Əhmədli, Yeni Günəşli qəsəbələrində, 

Bayıl yamaclarında fəallaşaraq tikintilərin dağılmasına, yolların, su, kanalizasiya, telefon, elektrik xətlərinin 

sıradan çıxmasına, hətta insan tələfatına (1990-cı il yanvarın 15-də Bayıl çıxıntısında 23 dənizçinin sürüşən 

torpaq altında qalması) səbəb olmuşdur (F.Ş.Əliyev, 2002).  

F.Ş.Əliyev (2002) Bayıl yamaclarında sürüşmələrin yaranmasının səbəbini geoloji və iqlim şəraiti ilə 

yanaşı, əsasən aşağıdakılarla izah edir: 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   638   639   640   641   642   643   644   645   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin