23.12. QURAQLIQ VƏ QURU KÜLƏKLƏR
Uzun müddət ərzində (çoxgünlük, çoxaylıq, çoxillik) atmosfer yağıntılarının olmaması və ya normadan az
düşməsi əsasən yüksək temperatur şəraitində bununla əlaqədar torpaqda rütubət ehtiyatının tükənməsi, havanın
nisbi rütubətliyinin kəskin aşağı düşməsi nəticəsində quraqlıq baş verir. Quraqlıq nəticəsində bitkinin inkişafı
üçün əlverişsiz şərait yaranır, su hövzələrinin. suvatların (naxır bulaqlarının) quruması müşahidə olunur.
Quraqlıq adətən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının fəlakətli şəkildə aşağı düşməsinə və ya məhsulun
tamamilə məhv olmasına, otlaqların (çəmənlərin, bozqırların) deqradasiyasına, meşədə ağacların illik artımının
aşağı düşməsinə, heyvanların qırılmasına və digər canlı orqanizmlərin kəskin tərəddüdünə səbəb olur. 1970-
1990-ci illərdə daha kəskin quraqlıqlar Saxaranın cənub zolağında (Saxelyedə) və Efiopiyada qeydə alınmışdır.
Burada 65 mln. hektardan artıq ərazidə səhralaşma baş vermişdir.
Atmosfer və torpaq quraqlığı məlumdur. Atmosfer quraqlığının baş verməsi antisiklonların əmələ gəlməsi
və böyük ərazini əhatə etməsi ilə əlaqədardır. Belə hallarda uzun müddət yağıntı olmur; isti və quru hava ilə
səciyyələnən buludsuz günəşli günlər ardıcıl surətdə, uzun müddət davam edir, havanın temperaturu 40
0
C və
daha yüksəyə qalxır. Buxarlanma və transpirasiyanın artması nəticəsində torpaqdakı su ehtiyatının tükənməsi
Dostları ilə paylaş: |