torpaq quraqlığına səbəb olur. Quraqlıq zamanı bitkilərin kök sistemi vasitəsilə su alması çətinləşir, bitkinin
aldığı suyun miqdarı onun transpirasiya sərfindən az olur, toxumalar su ilə çox pis təmin olunur, normal
fotosintez şəraiti pozulur. Nəticədə məhsul azalır, yaxud tamamilə məhv olur.
Quraqlığın intensivliyi müəyyən dövrdə düşən yağmurların miqdarı ilə təyin olunur. Çox güclü quraqlıq
yazlıq buğdanın cücərdiyi dövrdən sünbülyaranan dövrə qədər 18 mm-ə qədər yağıntı düşdükdə baş verir. Bu
zaman məhsuldarlıq 50%-dən çox azalır. Güclü quraqlıq göstərilən dövr ərzində 30-35 mm yağıntı düşdükdə
baş verir, bu zaman məhsuldarlıq 20-50% aşağı düşür.
Dostları ilə paylaş: |