23.13. VULKANLAR (qədim romalılarda «od allahı vulkanın» adından)
Yer üzərində baş verən vulkan fəaliyyəti olduqca mürəkkəb fiziki-kimyəvi proses olub, uzun illərdir ki,
ətraf mühitə öz təsirini göstərir. Vulkanizm litosferin – Yerin bərk qabığının, atmosferin və okeanların
formalaşmasında böyük rol oynayır. On və yüz milyon illər ərzində iqlimin uzunmüddətli dəyişilmələri də
müəyyən dərəcədə vulkanizmlə təyin edilir.
Vulkan püskürmələri gücü atılan materialların miqdarı, püskürülən kütlənin tərkibi ilə fərqlənir. Hazırda
yüzlərlə fəaliyyətdə olan vulkanlar olduqca müxtəlif püskürmələr nümayiş etdirir və bu zaman bir neçə yüz
kubmetrdən kilometrkuba qədər və daha çox maddələr atıla bilər.
Vulkanik püskürmələr zamanı Yer qabığının maddələrinin intensiv şaquli hərəkəti və enerjinin daşınması baş
verir, bu isə dərinlik kütlələrinin səthə çıxmasına səbəb olur. Dağ süxurlarının tərkibindən, digər fiziki-kimyəvi
şəraitdən asılı olaraq vulkanizm rayonlarında vulkanik püskürmələr müxtəlif xarakter daşıya bilər. Mərkəzi çat və
sahə püskürmələri ayrılır. Püskürülən kütlə bərk, maye və qazşəkilli maddələrdən ibarət olub, axıb yayıla bilər.
sıxılıb basılar, yaxud partlayış halında ayrıla bilər. İqlimə təsiri baxımından partlayışlı püskürmələr daha çox ma-
raq doğurur, belə ki, partlayış zamanı qazlı piroklastik şırnaqları (qazlı-kül sütunları) strotosferə keçir. Bu zaman
maqma onda həll olan qazlarla qalxaraq dispersləşməyə məruz qalır. Püskürmənin belə rejimi dispersiya adlanır.
Vulkanların istilik gücü 10
10
MVt-a çata bilər, orta hərəkət sürəti 1-2 m/san, bəzən 8-10 m/san olur.
Vulkanın partlayış püskürməsi maqmatik mənbələrdə təzyiqin növbəti toplanmasından sonra təkrar oluna bilər.
Fəlakətli püskürmələr daha güclü olur, bunun nəticəsində vulkan qismən və ya tamamilə dağıldığı yerdə kalder-
uzunluğu bir neçə kilometr, dərinliyi isə bir neçə yüz metr olan depressiya əmələ gəlir. Belə püskürmələr ayrı-
ayrı vulkanlarda on və yüz min il fasilələrlə baş verir və Yer üzərində təbiətin ən dəhşətli hadisəsi hesab edilir.
İ.İ.Quşenkonun (1979) kataloqunda son bir neçə min ildə olan əzəmətli «Tambora» vulkanının püskürməsi
belə təsvir edilir.
«…. 1815-ci il aprelin 1-də uzaq məsafədən göy gurultusunu xatırladan kanonada (vulkan bombasının səsi)
eşidildi. Aprelin 5-də partlayışlar güclənməyə başladı, onların uğultusu vulkandan 1800 km uzaqda da
eşidilməyə başladı. Aprelin 10-da püskürmənin kulminasiyası başlandı. Vulkanın üzərində 70-80 km
yüksəklikdə kül ilə doymuş nəhəng qaz sütunu peyda oldu. 3 sutka ərzində 500 km məsafədə zülmətli (qaranlıq)
duman bərqərar oldu. Vulkandan 1100 km aralıda intensiv kül tökülməsi müşahidə edildi. Yava adasında – Su-
rabayda, 425 km vulkandan aralı məsafədə hava dalğaları ağacları kökündən çıxardı, evləri dağıtdı. Tambora
vulkanının mərkəzində yerləşən uzunluğu 275 km olan mənzərəli Sumbava adası səhraya çevrildi. Vulkandan
250 km məsafədəki əraziyə 0,6 m qalınlığında kül düşdü. Ölən adamların sayı təxminən 100 min təşkil etdi».
|