QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə662/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   658   659   660   661   662   663   664   665   ...   706
24.3. Alkoqolizm 

Alkoqolizm spirli içkilərin tez-tez və həddindən artıq istifadə edilməsi və onlara hədsiz hərislik nəticəsində 

başlayan xəstəlikdir. Alkoqol narkotik zəhərlərə aiddir. Bir kq kütləyə 7-8 qram təmiz alkoqol dozası insan üçün 

ölüm deməkdir.  

Xroniki alkoqolizm bir sıra fiziki və psixi vəziyyətin davamlı  dəyişikliklərlə  əsəb elementlərinin 

degenerasiyası, qaraciyər və böyrək pozuntuları ilə müşayiət olunur, çox vaxt psixi deqradasiyaya – yaddaşın və 

iş qabiliyyətinin aşağı düşməsinə, öz vəzifəsinin, məsuliyyətinin itirilməsinə, bəzən psixi xəstəliklərə – 

sayıqlama və qarabasma («belaya qoryaçka»), psixoza, içki düşkünlüyünə (zapoy) səbəb olur.  

1986-1987-ci illərdə alkoqola qarşı kampaniya dövründə (SSRİ-də) spirtli içkilərin dövlət satışı 1984-cü 

illə müqayisədə 61% azaldıldı. Bu dövr ərzində cecə arağı – şəkərdən arağın (samoqon) hazırlanması misli 

görünməmiş sürətlə artdı, Rusiyada isə 2 dəfə artdı. 1988-ci ildən başlayaraq alkoqol içkilərinin satışı yenidən 

artırıldı.  

1992-ci ildə dövlət tərfindən hesaba alınmayan alkoqol içkilər, o cümlədən düzəltmə araq (samoqon), 

həmçinin xüsusi ticarət yolu ilə gətirilən alkoqol içkilərin miqdarı dövlət satışını 2 dəfə keçdi və ildə bir adam 

başına minimum 14 l təmiz spirt təşkil etdi.  

Əgər 15 yaşına qədər Rusiyada uşaqların və qadınların yarısının (qadınlar kişilərdən təxminən 8 dəfə az 

içir) spirtli içki qəbul etmədiyi nəzərə alınsa, onda ildə  hər kişiyə  təxminən 160-180 litr yarımlitrlik araq 




 

399


butulkası (orta hesabla günaşırı bir butulka) düşür.  

Alkoqolun qəbul edilməsinə görə Rusiya tanınmış lider olan Fransanı ötərək, dünyada birinci yeri tutur. 

1960-cı ildən sonra Fransada alkoqol içkilərdən istifadə  tədricən azaldıldı. Rusiyanın alkoqol içkilər üzrə 

Fransanı ötməsi, aşağı keyfiyyətli içkilər, arağın  şərabdan üstünlüyü hesabına olur, həm də ruslar içkini bir 

oturuma, yüksək doza ilə, fransızlara nisbətən keyfiyyətsiz və az «qəlyanaltı» ilə qəbul edirlər.  

 

 




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   658   659   660   661   662   663   664   665   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin