ÜMUMİ ÖLÜM ƏMSALI – sənaye (antropogen) və təbii ölüm
əmsallarının cəmi (faizlə) aşağıdakı düsturla ifadə olunur:
K
td
=K
ad
+ K
nd
⋅ 100
burada: K
ad
– antropogen ölüm əmsalı
K
nd
– təbii ölüm əmsalı.
ÜZVİ ALƏM, CANLI TƏBİƏT – yerin biosferində məskunlaşan
canlı varlıqdır. Mikroorqanizmlər, bitkilər, heyvanlar və insanlar Ü.a.-i
əmələ gətirir. Ü.a.-in ayrı-ayrı komponentləri həyat fəaliyyəti prosesində
öz aralarında və qeyri-üzvi təbiət cisimləri ilə sıx qarşılıqlı təsirdə olur-
lar.
ÜZVİ TƏKAMÜL – həyat yaranan vaxtdan başlayaraq bu günə
qədər Yer tarixində olan bütün hadisələr (təxm. 4 mlrd il əvvəl).
ÜZVİ GÜBRƏLƏR – tərkibində üzvi birləşmələr formasında qidalı
maddələr olan bitki və heyvan mənşəli gübrələr. Ü.g-in müntəzəm
verilməsi torpağın fiziki-kimyəvi və kimyəvi xassələrini, onun su və
hava rejimini yaxşılaşdırır, faydalı mikroorqanizmlərin (azotfiksə edən
bakteriyalar, ammonifikatorlar və s.) həyat fəaliyyətini aktivləşdirir.
Ü.g.-in tətbiqi kənd təsərrüfatı bitkilərindən yüksək məhsul almağa im-
kan verir. Ü.g-rə yerli gübrələrin çoxu (peyin, torf, kompast, quş peyini
və s.) yaşıl gübrələr, şəhər kommunal təsərrüfatı, yeyinti və dəri
sənayesi tullantıları və s. daxildir.
ÜZVİ MADDƏ – biokütləni təşkil edən üzvü maddələrin cəmi, yəni
orqanizmlərin canlı maddəsinin cəmi, orqanizmlərin ölü maddələri
(töküntü, torf və s.), humus və ya çürüntü və ölü kütlənin parçalanması
nəticəsində əmələ gələn çoxlu miqdarda məhsul (protein, karbohidratlar,
liqlin, yağlar, qətran, mum, üzvi turşular, aşılayıcı maddələr).
Dostları ilə paylaş: |