478
es; üzvi maddələrin tam parçalanıb qeyri-üzvi maddələrin əmələ
gəlməsi.
ÜZVİ–MİNERAL gübrələr, humin gübrələri – tərkibində üzvi
maddə və ya kimyəvi, yaxud adsorbsiyalı mineral birləşmələr olan
gübrələr. Ü.m.g.-in tərkibi və adı müxtəlif olur: Huymofos, humofoska,
torflu ammonyaklı gübrələr, torflu-minerallı-ammonyaklı gübrələr və s.
ÜZÜM FƏSİLƏSİ –
(Vitaceae) fəsiləyə 12 cins daxildir.
Üzüm cinsi (Vitis) – cinsə 30-dan çox artıq növ daxildir.
Bir çox
mədəni sortları vardır. Təbii halda geniş yayılanı meşə üzümüdür.
Meşə üzümü (V.silvestris) Azərbaycanda Samur-Dəvəçi, Qanıx-
Əyriçay vadisində, Kür-Araz ovalığında, Lənkəran düzənliyində, Böyük
və Kiçik Qafqazın orta dağ qurşağına kimi meşələrdə ağaclara sarmaşan
halda rast gəlinir.
Dostları ilə paylaş: