BOZ-QONUR TORPAQLAR – quru kontinental iqlimi olan
səhralarda efemerlər və şoran bitkiləri altında əmələ gələn torpaq tipi.
Müxtəlif dərəcədə şorakətli, şoranvarı, yüksək karbonatlı və gipslidir.
Orta Asiya səhralarında (Qaraqum, Qızılqum), qismən də Abşeronda
yayılmışdır. Tərkibində qida maddələri azdır, əsasən otlaq kimi istifadə
olunur.
BÖCƏKLƏR, sərtqanadlılar-həşəratlar sinfinin ən böyük dəstəsi.
Qidalanma xüsusiyyətlərinə görə B. bitki yeyənlər (fitofaqlar),
çürüntüyeyənlər (saprofaqlar) və yırtıcılara bölünür. Təqr. 140 fəsiləyə
mənsub 300 minə qədər növü var. Azərbaycanda 5 minə yaxın növü
məlumdur.
Dostları ilə paylaş: |