QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə566/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   562   563   564   565   566   567   568   569   ...   1096
QIRMIZI QABARMA – okeana çoxlu miqdarda üzvi maddələrin 

atılması  və pirofit yosunlarn kütləvi çoxalması  nəticəsində baş verən 

ekoloji hadisə. 

QIRMIZI SİYAHI  – nadir və ya məhv olmaq təhlükəsi olan bitki 

və heyvan növləri. 



QIROV – ayaz gecələrdə yerin və cisimlərin səthi soyuyaraq mənfi 

temperatura düşdükdə onların səthinə çökən buz kristalcıqları. 



QISQACLAR, QULAĞAGİRƏNLƏR  (Dermaptera)  – həşərat 

dəstəsi. Bədəni uzunsovdur (uz. 3.5-30 mm). Rəngi sarı-qəhvəyidən qa-

raya qədərdir. Qarıncığının sonunda bir cüt qısqacı olur. 1200-ə qədər, 

Azərbaycanda 7 növü məlumdur. Gecə  həşəratıdır. Gündüz daşların, 

ağacqabığının və s. altında gizlənir; bəzən evlərdə, arıpətəklərində 

yaşayır. Heyvan və bitki qalıqları ilə qidalanır. 



QIŞ YEMİ – heyvanlara qış dövrü üçün yem ehtiyatı (bitki növləri, 

bitkinin hissələri, bitki və heyvan qalıqları). 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   562   563   564   565   566   567   568   569   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin