QəRİb məMMƏdov mahmud xəLİlov


MİKOTROFİZM (yun. mikros - kiçik)



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə653/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   649   650   651   652   653   654   655   656   ...   1096
MİKOTROFİZM (yun. mikros - kiçik) – ali bitkilərlə göbələklərin 

simbioz forması.  İlk dəfə göbələklərin köməyi ilə qida maddələrini 

almağa, göbələklərin isə ali bitkilərin üzvi maddələrdən istifadə etməyə 



 

306 


 

imkan yaradır. 



MİKOZLAR (yun. mukes - göbələk) – parazit göbələklərin insan və 

heyvan orqanizmində törətdiyi xəstəliklər, insanlarda əsasən dərini 

zədələyir. Heyvanlarda M. əsasən kənd təsərrüfatı  xəzdərili və  yırtıcı 

heyvanlarda, gəmiricilərdə, arılarda və balıqlarda müşahidə edilir. 



MİKROBENTOS  – ölçüsü 0,1 mm-dən kiçik olan dib (bentos) 

orqanizmlərinin məcmusu.  Ən kütləvi nümayəndələri bakteriyalar, 

yosunlar, ibtidailər (xüsusilə infuzorlar, xırda nematodlar, gənələr, kiçik 

xərçəngkimilər və s.-dir). 



MİKROBİOLOGİYA 

– mikroorqanizmləri, mikroskopik 

göbələkləri və yosunları, bunların sistematikasını, morfologiyasını, 

fiziologiyasını, biokimyasını, irsiyyət və  dəyişkənliyini, təbiətdə 

maddələr dövranında rolunu və yayılmasını, praktiki əhəmiyyətini 

öyrənən elm. 



MİKROBİOSENOZ  – biogesenozun (ekosistemin) mütləq 

komponentləri-mikroorqanizmlərin məcmusu. 

M. aşağıdakı mikroorqanizm qruplarına ayrılır: bakteriyalar, 

göbələklər, antinomisetlər, mikroskopik yosunlar, protozoalar. 



MİKROBLAR – aktinomisetlərin, bakteriyaların, maya göbələkləri 

və mikroskopik göbələklərin, yəni mikroorqanizmlərin ümumləşdirilmiş 

adı (mikroskopik yosunlar və ibtidailər müstəsna olmaqla) Bəzən bütün 

mikroorqanizmlər M. adlandırılır. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   649   650   651   652   653   654   655   656   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin