319
MÜHİTİN KEYFİYYƏT İNDEKSİ – insan və digər orqanizmlərin
həyatı üçün mühitin yararlığını qiymətləndirən miqdar göstəricisi. M.k.i.
canlı orqanizmlərin vəziyyətinə görə (məs. əhalinin xəstələnmə
dərəcəsinə görə) və ya orqanizmə təsir göstərən əlverişsiz faktorların
cəmini tapmaqla (çirkləndiricilərin zərərlilik dərəcəsini nəzərə alaraq
müxtəlif çirklənmə növləri və YVÇ) (yol verilən çirklənmə).
MÜHİTİN MUTAGEN AMİLLƏRİ – mutasiya əmələ gətirən
amillər. Radiasiya amilləri (ionlaşdırıcı şüalanma) ən çox mutagen təsir
göstərib nəsildə eybəcərlik, sonsuzluq, nəsli xəstəliklərin yaranmasına
səbəb olur. Kimyəvi amillər də böyük təsirə malikdir.
MÜHİTİN ÖZÜNÜTƏMİZLƏMƏSİ – ətraf mühiti çirkləndirən
maddələrin arası kəsilmədən istifadəsi və zərərsizləşdirilməsi prosesi.
Bu ən çox ətraf mühiti çirkləndirən maddələrin düzənliklərə və su
hövzələrinə aparılması, həmçinin ekosistemlərin trofik kanalları və
orqanizmlərin minerallaşması ilə baş verir. Əsrimizin ortalarından sonra
mühitin özünütəmizləməsi onun çirklənmədən təmizlənməsini təmin edə
bilmir. Ona görə ətraf mühitin dəqiq monitorinqi və qlobal mühafizəsi
sisteminin vacibliyi meydana çıxır.
Dostları ilə paylaş: