MÜMKÜN BUXARLANMA – müəyyən ərazidə meteoroloji
şəraitdən asılı olaraq həddindən artıq nəmli torpaqdan və onun səthindən
gedə bilən buxarlanmanın miqdarı. M.b.-mm-lə ölçülür və tənliklərlə
müəyyən edilir. Azərbaycanda illik M.b. Naxçıvan MR-in Arazboyu
düzənliklərində və Kür-Araz ovalığında 1400-1200 mm-dək, 3000 m-
dən yüksəkdə olan dağlıq sahələrdə isə 400-300 mm arasında dəyişir.
MÜRƏKKƏB MEŞƏLİK – meşəlikdə ağaclar bir neçə yarus
(mərtəbə) yaradır.
MÜŞAHİDƏ –emprik tədqiqatın əsas formalarından biri. Təcrübi
məlumatların bilavasitə qazanılması yoludur. Elmi M.-lər əsasında
müəyyən fərziyyələr və ideyalar irəli sürülür. Elmi M.-lər müəyyən ci-
hazlar (teleskop, mikroskop və s.) vasitəsilə həyata keçirilir.
MÜŞAHİDƏÇİLİK – cisim və hadisələrdə zəif nəzərə çarpan, lakin
mühüm olan xüsusiyyətləri daha tam və dəqiq sezmək qabiliyyəti. M.
bilavasitə qavralınan obyektlərin dərindən təhlili ilə xarakterizə olunur.
M. elmi-tədqiqat işləri sahəsində mühüm rol oynayır.
Dostları ilə paylaş: |