QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə870/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   866   867   868   869   870   871   872   873   ...   1096
STRUKTUR LANDŞAFT – müəyyən ərazinin tektonik quruluşuna 

uyğun olan landşaft. 



STRUKTUR METOBOLİZMİ  – orqanizmin morfoloji strukturu-

nu, böyümə və inkişafını təmin edən maddələr mübadiləsi. 




 

401 


 

SU, H

2

O  – Hidrogenin oksigenlə adi şəraitdə davamlı olan sadə 

kimyəvi birləşməsi. Rəngsiz (qalın təbəqələri göyümtül), dadsız və iysiz 

mayedir; kütləcə 11,9% hidrogen və 88,81% oksigendən ibarətdir; 

sıxlığı 3,98

°C-də 1.000 q/sm

3

-dir. 0



°C-də buza, 100°C-də buxara çevri-

lir. Yerin geoloji tarixində, həyatın əmələ gəlməsində, planetimizin iq-

liminin formalaşmasında suyun rolu çox böyükdür. Su həmişə  həyat 

mənbəyi olmuşdur. Su istər k.t.-nda, istərsə də sənayedə zəruri kompo-

nentdir. Su təbiətdə ən geniş yayılmış maddədir (Hidrosfer yer səthinin 

71%-ini təşkil edir). Atmosferdə buxar, duman, bulud, yağış damcıları 

və qar kristalları  şəklində 13-15 min km

3

-ə yaxın su var. Qurunun 



təqribən 10%-ini daimi buzlaqlar tutur. Onun kütləsi hidrosferdəki 

suyun miqlarına yaxındır. Təbii şəraitdə suda həmişə həll olunmuş halda 

müxtəlif duzlar, qazlar və üzvi maddələr olur. Suyun 1 kq-nda 1 q duz 

olduqda şirin su, 25 q duz olduqda şortəhər su, bundan çox olduqda isə 

şor su adlanır. Yağıntıda duzların miqdarı 10-20 mq/kq-a çatır. 

SU ANBARI –  Əsasən, çay dərələrində  bənd vasitəsilə yaradılan 

süni hovuz. SES-lərin işləməsi, suvarma və su təchizatı üçün su topla-

maq, çayın axınını təmizləmək, gəmiçilik şəraitini yaxşılaşdırmaq, balıq 

yetişdirmək və s. məqsədlə yaradılır. Dünyada hər birinin həcmi 100 

mln m

3

-dən çox olan təqribən 2.3 min S.A. var. Azərbaycan 



respublikasında ən böyük Mingəçevir su anbarıdır (16,1 km

2

). 



SU BALANSI – atmosferdə, yer kürəsində  və onun ayrı-ayrı 

sahələrində suyun bütün gəlir və  çıxarının nisbəti. S.b. Yerdə su 

dövranının kəmiyyətcə ifadəsidr. Yerin S.b. bərabərliyi ilə səciyyələnir. 

Burada okeanların və qurunun səthinə düşən atmosfer yağıntılarının 

miqdarı (1020 mm) okeanların və qurunun səthindən buxarlanmanın 

cəminə bərabərdir (müvafiq olaraq 880 mm, 140 mm). Çoxillik dövrdə 

hər hansı ərazi üçün S.b. qurunun səthinə düşən atmosfer yağıntılarının 

miqdarı buxarlanma və  həmin  ərazidən olan axım miqdarının cəminə 

bərabər olur. Azərbaycan ərazisinin S.b.-nda yağıntılar 427 mm, buxar-

lanma 308 mm, axım 199 mm (69 mm-i səth axımı, 50 mm-i yeraltı 

axım) təşkil edir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   866   867   868   869   870   871   872   873   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin