TÖKÜNTÜLƏRDƏ
BİTKİLƏR ÜÇÜN ZƏHƏRLİLİK
(TOKSİKLİK) – süxur töküntülərində suda asan həll olunan və bitkilər
üçün zərərli duzların miqdarının yol verilən həddən (>0,25%) çox,
yüksək qələvi (su suspenziyasında pH-ın 9,0-dan yuxarı) və güclü turş
mühitin (pH-3,5-dən aşağı) olması ilə yaranır. Töküntülərdə ağır
metalların (qurğuşun, sink, civə, kadmium, xrom və başqa elementlər)
həddən çox toplanması ilə də canlı aləm üçün toksiklik yarana bilər.
TÖKÜNTÜLƏRDƏ İLKİN OT BİTKİLƏRİ – töküntülərdə
yayılan ilkin bitkilər. Bitkilərin tərkibi töküntüləri əhatə edən ərazidə
yayılmış səciyyəvi bitkilərin xüsusiyyətlərindən, bitki sporlarının
yayılmasından və töküntü süxurlarının aqrokimyəvi xassəsindən asılıdır.
Töküntülərdə ilk bitki toxumlarının çıxışı küləklə gətirilən bitki növləri
hesabına olur. Rayonun təbii amillərindən və töküntüləri təşkil edən
süxurların fiziki və kimyəvi xassələrindən asılı olaraq ilkin ot bitkiləri
466
alaq və ya yayılma arealına malik zonal bitki növləri ola bilər.
Dostları ilə paylaş: |