YAĞINTI – bax: atmosfer yağıntıları.
YAĞLI BİTKİLƏR – yağ almaq məqsədilə becərilən bitkilər. Bu-
raya müxtəlif fəsilələrə mənsub birillik və çoxillik bitkilər daxildir
(günəbaxan, soya, yerfındığı, zeytun, şalğamturp, xardal, yağ çiçəyi,
gənəgərçək və s.) Azərbaycanda bu məqsədlə pambıq, çaytikanı, zeytun,
günəbaxan, qoz, badam becərilir. Fıstıq, itburnu və nar toxumlarından
da yağ almaq üçün istifadə etmək olar.
YAMAC – dağın və ya təpənin ətəkləri ilə yalı arasındakı hissəyə
deyilir. Y. geoloji quruluşdan, süxurun tərkibindən və denudasiya
proseslərindən asılı olaraq dik, meylli, qabarıq, batıq və pilləli formada
olur.
YANACAQ – yandıqda istilik verən maddələr. Y. istiliyindən
bilavasitə texnoloji proseslərdə və ya başqa növ enerji formasında
istifadə olunur. Y-ı yandırmaq üçün müxtəlif texniki qurğular (ocaq,
soba, yanma kamerası və s.) işlədilir. Y.kimi əsas tərkib hissəsi karbon
olan boz kömür, yanar qazlar, yanar şistlər, daş kömür, neft, torf kimi
üzvi mənşəli faydalı qazıntılar, eləcə də ağac tullantıları işlədilir.
– Dizel Y. – neft karbohidrogenlərinin qarışığı, 180-360
0
C-də
qaynayır. Dizel mühərriklərində işlədilir.
– Qazanxana Y. – yüksək dərəcədə qaynayan karbohidrogenlərin
qarışığı, buxar qazanlarında,sənaye sobalarında və b. yerlərdə yanacaq
kimi işlədilir.
– Mühərrik Y. – Daxili yanacaq mühərrikləri üçün yanacaq.
485
– Raket Y. – karbohidrogenlərin maye qarışığı, əsasən neftin ağ neft
fraksiyası; hava-reaktiv mühərriklərində işlədilir.
Dostları ilə paylaş: |