HİDROQRAFİK ŞƏBƏKƏ – Müəyyən ərazidə çay, göl, su anbarı
və bataqlıqların məcmusu.
HİDROQRAFİYA – qurunun müəyyən su obyektlərini (çayları,
gölləri, bataqlıqları), onların mənşəyini, morfologiyasını, rejimini,
landşaftın başqa elementləri ilə əlaqəsini və coğrafi yayılmasını öyrənən
elm.
HİDROLOGİYA – təbii suları, onlarda gedən hadisələri və
prosesləri öyrənən elm. H. su obyektlərinin və onları öyrənmə
metodlarının spesifik xüsusiyyətləri ilə əlaqədar okeanologiya (okean və
dənizlərin H-sı) və qurunun H.-sını (qurunun səth sularını) öyrənir; po-
tamologiya (çayların H.-sı), limnologiya (gölşünaslıq), qlyasiologiya,
bataqlıqşünaslıq sahələri var; qurunun hidrologiyasına hidrometriya,
hidroqrafiya, hidrokimya daxildir. Müasir H.-nın əsas problemləri
təbiətdə su dövranının tədqiqi, insanın təsərrüfat fəaliyyətinin ona təsiri,
su obyektlərinin və ərazilərin və ümumiyyətlə Yerin hidroloji
elementlərinin (suyun səviyyəsi, sərfi, temperaturu və s.) zaman, məkan
analizi, həmin elementlərin tərəddüdünün qanunauyğunluqlarının aşkar
edilməsi və s. ibarətdir. Çoxillik hidroloji müşahidələr və tədqiqatlar
arasında hidroloji proqnozlar tərtib edilir.
Dostları ilə paylaş: |