ARIQUŞULAR (Paridae) – sərçəkimilər fəsiləsi; 65 növü var.
Azərbaycanda 5 növü yaşayır: iri A., abı A., Aralıq dənizi A.-ı, qara
pəsnək quşu. Respublikamızda oturaq həyat sürən bu quşlar zərərverici
həşəratları yediyi üçün xeyirlidir.
ARİD BİTKİLƏR (lat. aridus - quru) – vegetasiya dövrünün çox
hissəsi rütubəti çatışmayan quraq iqlimli şəraitdə inkişaf edən bitkilər.
A. b-rə səhraların və kserofit seyrək meşələrin fitosenozları aiddir.
Azərbaycanda Bozqır yaylada (saqqız, ardıc seyrəkliyi), Həkəri və Araz
çaylarının aşağı axını yamaclarında və Naxçıvan Muxtar
Respublikasında (arid meşələr, ardıc, dağdağan, araz palıdı, badam,
gürcü ağcaqayını və s.) Ellər oyuğunda – eldar şamı A.b.-dir. Efemerlər
də A.b.-rə aiddir. Arid bitki növlərində rütubətin çatışmazlığına qarşı
müxtəlif adaptasiya üsulları yaranmışdır. Bunlara yağıntıların qısa vege-
tasiya dövrünə düşməsi, xüsusi morfoloji və anatomik uyğunlaşmaları
(yarpaqların reduksiyası və sallaq olması, iri toxumların inkişafı), fizi-
oloji adaptasiya (hüceyrə şirəsində osmos təzyiqinin qalxması və s.) və
s. daxildir.
Dostları ilə paylaş: |