MEŞƏNİN AŞAĞI SƏRHƏDİ – Boreal iqlim şəraitində dağ
meşələri aşağı sərhədində meşə-çöl vasitəsilə meşəsiz çöllərlə əvəz
olunur. Meşənin meşə-çöl və çöllə (bozqırla) əvəz olunmasına səbəb
yağıntının az və havanın nisbi rütubətliyinin aşağı olmasıdır. Belə
qanunauyğunluq respublikamızın dağ sistemləri şəraitinə uyğun gəlmir.
Belə ki, Böyük Qafqazın cənub yamacında dağın Qanıx-Həftaran
vadisinə keçid hissədə rütubətli düzən meşəsi ilə əvəz olunur. Böyük
Qafqazın şimal-şərq yamacında meşənin aşağı sərhədi yoxdur. Burada
dağlıq ərazi 600 m hündürlükdə Samur-Dəvəçi düzənliyinə keçir.
Düzənliyin ərazisində bəzi yerlərdə dənizə qədər meşələrin yayılması
müşahidə olunur. Lənkəran regionu ərazisində də meşənin aşağı sərhədi,
yəni meşənin çölə, yaxud arid tipli seyrəkliyə keçidi müşahidə edilmir.
Burada Lənkəran ovalığında Hirkan tipli məşəliklərin qalıqlarına
təsadüf edilir.
Respublikanın dağ yamaclarnda meşənin aşağı sərhədinin və
antropogen landşaftların mövcudluğu yalnız insan fəaliyyəti ilə bağlıdır.
|