MEŞƏNİN BONİTETİ – meşə sahəsinin məhsuldarlıq göstəricisi;
təbii şəraitdən asılıdır. Meşə sahəsindəki oduncaq artımının ölçüsü ilə
səciyyələnir, ağaclığın orta hündürlüyü və orta yaşı ilə təyin olunur. 5
bonitet sinfi ayrılır: I-bonitet ən məhsuldar hesab olunur, məhsuldarlıq
V bonitetə doğru aşağı düşür.
MEŞƏNİN ÇƏTİRİ – eyni tipli morfoloji tərkibdən ibarət olan
yarusların çətirlərinin məcmusu.
MEŞƏ-PARK – şəhər və digər yaşayış məntəqələri ətrafında
rekreasiya məqsədilə istifadə olunan abadlaşdırılmış meşə massivləri.
Dostları ilə paylaş: |