QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə1059/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   1055   1056   1057   1058   1059   1060   1061   1062   ...   1096
YAŞIL PATRUL (KEŞİKÇİ) məktəbli, tələbə, fəhlə gənclərin ic-

timai təbiəti mühafizə  işində  iştirakı. Məktəbdə, gənc texnik 

stansiyalarında, məktəb meşəçiliklərində, ali məktəblərdə və digər tədris 

məktəblərində, təbiəti mühafizə  cəmiyyətinin ilk təşkilatlarında təşkil 

olunur. 

YAŞIL SİYAHI – populyasiyanın sayı optimum səviyyəyə  qədər 



 

491 


 

bərpa olunduğu üçün Qırmızı kitabdan çıxarılan bitki və heyvan 

növlərinin siyahısı. 

YAŞIL ZONA – Şəhər və yaşayış məntəqələri ətrafında olan təbii və 

süni meşələr, meşə-parklar. Yaşayış  məntəqələri  ətrafında havanı 

sağlamlaşdırır, küləkdən, tozdan, tüstüdən, qazdan mühafizə edir, bəzi 

əlverişsiz təbii iqlim amillərini mülayimləşdirir və əhalinin istirahət yeri 

hesab olunur. Azərbaycan Nazirlər Sovetinin qərarı ilə (28 yanvar 1983-

cü il, 4 №-li qərar) respublikamızın dağlıq rayonlarında şəhərlərin, digər 

yaşayış  məntəqələrinin və  sənaye müəssisələrinin  ətrafında 38,6 min 

hektar (o cümlədən meşə-park hissəsi 8,3 min ha, meşə-təsərrüfatı 

hissəsi 30,3 min ha), düzən rayonlarda isə 8,5 min ha hektar (o 

cümlədən meşə-park hissəsi 6,9 min ha, meşə-təssərüfatı hissəsi 1,6 min 

ha) təbii və süni meşələr, meşə-parklar yaşıl zona kimi ayrılmışdır. 

«YAŞILLAR»  – siyasi partiya və ictimai hərəkat olub məqsədi 

planetdə ekoloji situasiyanı yaxşılaşdırmaqdır. Qərbi Avropa (Avstriya, 

Böyük Britaniya, Almaniya, Danimarka, İtaliya,  İspaniya, Portuqaliya 

və s. ölkələr), ABŞ, Yaponiyada mövcuddur. Müxtəlif ölkələrin «Y»-in 

birləşdirən Beynəlxalq təşkilat – «QRİNPİS» (1971-ci ildə  təşkil olu-

nub) daha böyük nüfuza malikdir. «Y»-ın platforması  ətraf mühitin 

çirklənməsini azaltmaq tələbi, təkrar resurslardan və enerjinin qeyri 

ənənəvi mənbələrindən geniş istifadə etməkdir. «Y» istehlak 

yanaşmasının  əleyhinə  çıxış edir, ekoloji təhsil problemlərilə  məşğul 

olur. 



Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   1055   1056   1057   1058   1059   1060   1061   1062   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin