QəRİb məMMƏdov mahmud xəLİlov


İNVAZİYA  (lat. invasio – hücum)



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə471/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   467   468   469   470   471   472   473   474   ...   1096
İNVAZİYA  (lat. invasio – hücum)  – 1) İnsanın, heyvanın və 

bitkilərin heyvan parazitlərilə yoluxması. 2) Müəyyən sahəni yeni 

orqanizmlərin zəbt edib tutması. 

“İNSAN VƏ  BİOSFER”  (ingil. “The Man and the Biosphere” 

MAB) – təbii sərvətləri idarə etmək problemi ilə əlaqədar aparılan fun-

damental tədqiqatların koordinasiyası üzrə dövlətarası proqram (MFB). 

Ümumittifaq bioloji proqramının davamı olaraq YUNESKO-nun Baş 

konfransının 16-cı sessiyasında qəbul olunmuşdur. 1984-cü ilə qədər bu 

proqramda 90-a qədər dövlət iştirak etmişdir. MAB-ın  əsas vəzifəsi – 

dünyanın müxtəlif rayonlarında insanın biosferdə gedən proseslərə 

təsirini öyrənmək üçün kompleks çoxillik tədqiqatlar aparmaq, həmçinin 

bu proseslərin dəyişilməsinin insanın özünə  təsirini öyrənməkdir. Pro-

qrama 14 layihə daxil edilmişdir. Bu layihələr yerin əsas biomlarına 

(meşə, tundra, savanna, çöl, səhra və s.), bütövlükdə  ətraf mühitə 

insanın çoxtərəfli təsirinin (torpaqdan istifadə, mühəndis-texniki işlər, 

energiyadan istifadə və s.) öyrənilməsinə həsr edilmişdir. 




 

216 


 

Bu layihələr çərçivəsində 1000-ə yaxın «çöl» layihələri”, o cümlədən 

meşə ekosistemlərinə havanın çirklənməsinin təsirinin öyrənilməsi, yeni 

suvarma sistemlərinin fəaliyyəti yerlərdə  ətraf mühitin müxtəlif 

komponentlərinin dəyişilməsi üzərində müşahidə aparılması, resursların 

çoxtərəfli qiymətləndirilməsi ilə  əlaqədar tədqiqatların yerinə 

yetirilməsi, müxtəlif dağ sistemlərində turizmin inkişafının təsirinin 

öyrənilməsi məsələləri işlənib hazırlanır. Biosfer qoruqlarının 

yaradılması da MAB-ın diqqət mərkəzindədir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   467   468   469   470   471   472   473   474   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin