QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə631/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   627   628   629   630   631   632   633   634   ...   1096
MEŞƏ İLƏ ÖRTÜLÜ SAHƏ – meşə fondunun ağac (meşə) bitkisi 

ilə örtülü hissəsi, fazlə. 



MEŞƏ QORUMA, DÖVLƏT MEŞƏ QORUMA – M.q.-nın əsas 

vəzifələri: meşə yanğınlarının qarşısını almaq, yanğınları vaxtında aşkar 

etmək və ona qarşı mübarizə aparmaq; insanın ziyan verən 

hərəkətlərindən – öz başına (qanunsuz) ağacların kəsilməsi, oğurlanması 

və s.-dən mühafizəsi; meşəqırma, meşədə ot çalımı, mal-qara otarılması 

və digər istismar növlərinə  nəzarət; meşədə ziyanverici həşəratlar və 

xəstəliklər zahirə  çıxdıqda xəbərdarlıq etmək; meşədə heyvanların 

ovlanma qaydası  və vaxtına nəzarət etmək. M.q. işlərinin yerinə 

yetirilməsi və  nəzarəti Respublikanın Ekologiya və  Təbii Sərvətlər 

Nazirliyi Meşə Departamentinə həvalə olunmuşdur. 



MEŞƏ QRUPLARI – meşələrin xalq təsərrüfatı  əhəmiyyətinə 

uyğun olaraq, onların yerləşdiyi  ərazidən və funksiyalarından asılı 

olaraq dövlət meşələri üç qrupa (I, II, III) ayrılır. I-qrupa əsasən 

suqoruyucu, torpaqqoruyucu, səhiyyə-gigiyena və sağlamlıq funksiyası 

daşıyan meşələr daxildir. Bu meşələrdə istifadə olduqca 

məhdudlaşdırılır. Meşədə yalnız meşə-bərpa, xidməti və sanitar 

qırıntısına icazə verilir. II qrup meşələrdə başdan-başa, tədrici və seçmə 

qırıntısına icazə verilir. III qrup meşələr çoxmeşəli rayonlarda yerləşir 

və burada başdan-başa qırıntı üsulları  tətbiq edilir. II, III qrup 

meşələrinə Ural,Sibir meşələri daxildir. 

Azərbaycan respublikasının meşələri I qrupa aiddir. 

MEŞƏ QURULUŞU  – meşə fondunun təşkilinə, meşənin 

taksasiyasına, meşələrin uçotunda və öyrənilməsində prespektiv dövr 

üçün meşə  təsərrüfatının idarə olunması layihəsini tərtib edir və 

kompleks tədbirlər hazırlayır. M.q. zamanı meşə ehtiyatlarının yenidən 

bərpası və s. üçün tədbirlər müəyyən edilir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   627   628   629   630   631   632   633   634   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin