QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə636/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   632   633   634   635   636   637   638   639   ...   1096
MEŞƏ YANĞINLARI  – M.y. əsasən kortəbii hadisələrlə yayılan 

yanğına deyilir. M.y. ən çox əhalinin təqsiri üzündən baş verir (meşədə 

tonqal qalamaq, ov etmək, ot çalmaq və s.). M.y. zamanı canlı  və ölü 

örtük, töküntü, yarpaq, budaqlar, meşə döşənəyi və s. yanır. M.y. meşə 

təsərrüfatına böyük ziyan vurur: çoxlu oduncaq məhv olur, meşənin 

tərkibi pisləşir, ağacların boy artımı zəifləyir, heyvanat aləmi məhv olur 

və  s.  M.y-na  qarşı mübarizə meşə  təsərrüfatları  tərəfindən yerinə 

yetirilir. 



MEŞƏ  ZİYANVERİCİLƏRİ  – meşəliklərə ziyan verən 

(zədələyən) orqanizmlər. Meşəyə,  əsasən, ziyan verən cücülər sinfidir, 

bir qədər az ziyanvericilərdən bəzi gənələri, çoxayaqlıları, ibliz, 

məməlilər (həşəratyeyənlər – kirpilər, göstəbək, siçanlar; cütdırnaqlılar 

– qaban, cüyür və s. yırtıcılar – tülkü, ayı  və  bəzi quşlar). Bu 

heyvanların verdiyi ziyan yarpaqların, tumurcuqların, çiçəklərin, 

meyvələrin toxumların, budaqların, qabıqların, ağacın oduncağının, 

köklərinin tam və qismən yeyilməsi və ya zədələnməsindən ibarətdir. 

Bu zaman bitkilər (ağac və kollar, yeniyetmələr) zəifləyir, inkişafı 

dayanır, bar vermir və çox vaxt məhv olur. 

Cücülər meşə üçün daha təhlükəlidir, onlar kütləvi çoxalaraq geniş 

ərazilərdə meşə təsərrüfatına ziyan yetirir. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   632   633   634   635   636   637   638   639   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin