ORQANİZMİN BÖYÜMƏSİ – 1) ölçüsünün, çəksinin artması; 2)
kütləsinin artması ilə əlaqədar orqanizmin şəxsi inkişafı. Heyvanlarda
uzununa və həcminə görə böyümə ayrılır.
ORQANİZMİN DAVAMLILIĞI – ontogenez prosesində orqa-
nizmin möhkəmlənərək ekstremal və stres təzyiqinə (təsirinə) davam
gətirmək qabiliyyəti. Bu, təsirləri kənar etməyin (yox etmək) əsas
üsulları öz daxili ehtiyatlarını (ferment, hormonal və əsəb
nizamlanması) toplamaq (səfərbər etmək) və ona uyğun hərəkət etmək,
o cümlədən sakitlik mərhələsinə və ya anabioza keçmək: Bax: istiyə
davamlılıq, quraqlığa davamlılıq və soyuğa davamlılıq.
Dostları ilə paylaş: |