ORQANİZMİN FAYDALILIĞI – şərti anlayış olub təbiətdə və
insanın təsərrüfatında bitki və heyvanların rolunu qiymətləndirmək üçün
işlədilir. Lakin elmi nöqteyi nəzərdən canlıları «faydalı”» və «zərərli”»
kimi qiymətləndirmək düzgün deyil, belə ki, onların hər biri uzun
təkamüldən sonra təbiətin ümumi iqtisadiyyatında üstün yer tutaraq
müəyyən funksiyanı daşıyıb.
ORQANİZMİN QAZINTI QALIQLARI – keçmiş geoloji
dövrlərdə yaşamış orqanizmlərin qalıqları və həyat fəaliyyətinin izləri.
O.q.q. müxtəlif formalarda mühafizə edilmişdir. Bütöv halda ibtidai
bitkilərdən yosunlar, bakteriyalar, ali bitkilərdən isə yanız az miqdarda
mamırlar və kiçik ayıdöşəyilər yaxşı mühafizə olunur. O.q.q. quruya
nisbətən suda daha yaxşı mühafizə olunmuşdur.
Dostları ilə paylaş: |