PASSAT AXINI – tropik və ekvator enliklərində Dünya okeanının
üfiqi səthi axını.
PASTERİZASİYA – yeyinti məhsulları və mayelərin 60-90
° tempe-
raturda bir neçə saniyədən 30 dəq-dək qızdırılması. İlk dəfə L.Paster
təklif etmişdir. P-da spor əmələ gətirməyən bakteriyalar və fermentlər
tələf olsa da, sporlu bakteriyalar salamat qalır. Yeyinti məhsullarının
saxlanma müddətini uzatmaq və sporlu bakteriyaları tələf etmək üçün
məhsul 24 saatlıq fasilə ilə 2-3 dəfə P. edilir və hər dəfə soyudulur.
PASTORAL DİQRESSİYA, otlaq diqressiyası (lat. pastoralis -
çoban) – hədsiz mal- qara otarılması, intensiv tapdanma nəticəsində
otlağın vəziyyətinin pisləşməsi. Bu zaman torpaq quru olur, onun
tərkibində üzvi maddələrin miqdarı azalır, otlağın bitki örtüyü
kasıblaşır, kserofil xarakter alır.
PATİYENTLƏR – Özünün dözümlülüyünə görə yaşayış uğrunda
mübarizədə qalib gələn bitkilər (Ramenski, 1938). P-ə bir çox dominan-
tlar, xüsusən ekstremal şəraitdə yaşayan dominantlar aiddir.
Dostları ilə paylaş: |