PARAZİT GÖBƏLƏKLƏR, patogen göbələklər – müxtəlif
orqanizmlərin canlı toxumalarından qida mənbəyi kimi istifadə edən
göbələklər. P.g.-bitki, heyvan və insan xəstəliklərinin törədicisidir.
PARAZİT YAYAN, infeksiya yayan – bir sahibdən digərinə
xəstəlik törədiciləri (ibtidailər, bakteriyalar, viruslar) və parazitləri
keçirən agent (məs. heyvan); ağcaqanad malyariya yayandır.
PARAZİTİZM –iki və daha çox müxtəlif orqanizmin antoqonist
şəraitdə birgə yaşaması. Onlardan biri və ya bir neçəsi (parazitlər) o bi-
rini (sahib) daimi və ya müvəqqəti olaraq yaşayış mühiti, qida mənbəyi,
həyat prosesləri üçün vacib olan sübstansiya kimi istifadə edir. Eyni
zamanda parazit ifraz etdiyi müxtəlif maddələrlə və gövdəsi ilə sahibə
təsir edir, onun orqanizmində patoloji, immunoloji və biokimyəvi
reaksiyaların baş verməsinə səbəb olur. Parazit sahibin xaricində
yaşadıqda ektoparazitizm, daxilində yaşadıqda isə endoparazitzm
adlandırılır.
Dostları ilə paylaş: |