PALEOİXNOLOGİYA – paleontologiyanın bölməsi: keçmiş
orqanizmlərin fəaliyyət izlərini (hərəkət, qidalanma və s.) öyrənir.
PALEOİQLİMŞÜNASLIQ – Yerin geoloji və tarixi keçmişinin iq-
limi haqqında elm. Paleocoğrafiyanın mühüm sahəsi olub stratiqrafiya,
paleontologiya, geomorfologiya, paleobotanika, paleozoologiya və s.
elmlərlə sıx əlaqədardır. Yaxın geoloji dövrlərin iqlimi müasir coğrafi
landşaftın vəziyyətinə, ağacların illik halqalarına, son yüzilliklərdə
aparılan müşahidələrə və s. görə təyin edilir. P.-nın əldə etdiyi
məlumatlar gələcəyin iqlim proqnozunu verməyə imkan yaradır.
PALEOLİT – qədim daş dövrü. Kramanyon insanların bu dövrün
axırlarında yaşadıqları məlumdur.
Dostları ilə paylaş: |