PANTOFAQLAR – hər şey yeyən orqanizmlər.
PARABİOSFER (yun. paro - yanında) – Atmosferin, canlı
orqanizmlərin təsadüfən düşdüyü, orada yalnız müvəqqəti yaşaya bil-
diyi, normal həyat sürməsi və çoxalması mümkün olmadığı qatları (Yer
səthindən 6-7 km-lə 60-80 km arası). P.-ə həmçinin Yerdən öz orbiti
ətrafında fırlanaraq uçan kosmik aparatlar da aid edilir.
PARAKLİMAKS – Xarici təzyiq nəticəsində dağılmış klimaksın
yerinə digər davamlı qrupun yaranması. Məsələn, məhv edilmiş meşənin
yerində əmələ gələn çəmən qrupu mal-qara otarılması ilə əlaqədar daim
öz vəziyyətində qalır (meşə bərpa olunmur).
PARASİMBİOZ – iki və daha çox orqanizm növünün bir-birinə
zərəri və xeyri dəymədən birgə yaşaması.
PARAZİT BİTKİ – digər bitkinin şirəsi ilə qidalanaraq yaşayan
bitki.
Dostları ilə paylaş: |