çəkməklə, su çəkməyin, meydança salmağın və s. dirriklərin uzlaşdı-
meşə tipi. Nadir təbii komplekslərin qorunması və rekreasiya məqsədi
daşıyır. Təbii və süni landşaftların geniş sahələri sayılır.
üçün düzəldilmiş örtülü yer. P.-lər su, buxar və ya elektriklə qızdırılır.
qazılıb divarları daş, dəmir, beton, taxta və s. materiallarla, üzəri isə
349
şüşə və plankalı çərçivələrlə örtülür.
PARNİK (İSTİXANA) BİTKİLƏRİ – Faraş tərəvəz məhsulu və
bəzi bitkilərin toxumunu (şitilini) almaq üçün parniklərdə becərilən
tərəvəz bitkiləri. Kələm, xiyar, pamidor, turp, şüyüd, keşniş, istiot, göy
soğan və s. eləcə də bəzi çiçəkli bitkilər. Əsas qulluq onların işığa,
rütubətə, istiliyə olan tələbatını təmin etmək, yemləmə gübrəsi vermək,
xəstəlik və zərərvericilərlə mübarizədən ibarətdir. Bunun üçün həmin
bitkilərin toxumları fevral ayından parniklərə səpilir, sonra yetişən
şitillər açıq sahələrə köçürülür.
PARNİK İSTİXANA EFFEKTİ – Yer atmosferinin daxili
qatlarının temperaturunun artması. Günəşdən yönələn və yerdən qayıdan
şüaların yer atmosferindəki CO
2
, O
3
və su buxarları tərəfindən udulması
nəticəsində baş verir.
PARNİK QAZLARI – parnik effekti yaradan qazlar(karbon qazı, su
buxarı, azot, kükürd oksidləri, feronlar və b.). Bu günə qədər insan öz
fəaliyyəti nəticəsində havaya buraxdığı P.q. atmosferdə 0,6-2,4
° istilik
yaratmağa kifayət edər (amerika meteoroloqu V.Ramanatxanın
məlumtına görə). Hesablamalar göstərir ki, əgər P.q. indiki sürətlə artar-
sa, bir neçə 10 ildən sora planetimizdə orta hesabla 5
° istilik çoxala
bilər, bunun nəticəsində isə planetin iqlimi kəskin dəyişər, qütb
buzlaqlarının əriməsi nəticəsində dənizin səviyyəsi xeyli qalxar və geniş
ərazilər su altında qalar.
PARSELLA, (fran. Parcelle - hissəcik) mikroqruplaşma (Qros-
sheym, 1929, Yaroşenko, 1931) – 1) biosenozun üfiqi parçalanmasının
struktur hissəsi, senopopulyasiya. P.-lar bir-birindən tərkibi, strukturu,
komponentlərinin xassələri, əlaqələrinin spesifik və maddi-enerji
mübadiləsi ilə seçilir (Dılis, 1969). P. müxtəlif meşə qruplaşmalarında
ayrılmış küknar, şam, palıd qruplarından, meşə daxilində tala,
çəmənlikdə kol qrupları və s-dən ibarət ola bilər. Kəskin ayrılan
parsellalıq fitosenozun mozaikliyini müəyyən edir. 2) fitosenozun üfiqi
parçalanmasının struktur hissəsi-bitki örtüyünün mikroqrupu.
Dostları ilə paylaş: