QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə751/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   747   748   749   750   751   752   753   754   ...   1096
PARAZİTOLOGİYA  – parazitlər haqqında elm. Biologiyanın 

bölmələrindən biri. P. insan, heyvan və bitkilərdə  xəstəlik törədən 

parazitləri tədqiq edir və bu xəstəliklərə qarşı mübarizə  təbdirlərinin 

elmi əsaslarını hazırlayır. 



PARAZİTOZ – parazit tərəfindən yaradılan xəstəlik. 

PARK  – Adamların istirahəti üçün yaşıllıq yaratmaqla, yol 

çəkməklə, su çəkməyin, meydança salmağın və s. dirriklərin uzlaşdı-

rıldığı gəzinti istirahət yeri. 

 

Gəncə şəhərinin mərkəzi istirahət parkı (Sərdar bağı) 

 

PARK LANDŞAFTI  – müxtəlif təbii zonalarda (tropik, savanna, 

subalp meşəsi, arid saqqız meşəsi) yerləşən təbii və süni mənşəli seyrək 

meşə tipi. Nadir təbii komplekslərin qorunması  və rekreasiya məqsədi 

daşıyır. Təbii və süni landşaftların geniş sahələri sayılır. 



PARNİK (İSTİXANA)  – tərəvəz, ağac və kol şitilləri yetişdirmək 

üçün düzəldilmiş örtülü yer. P.-lər su, buxar və ya elektriklə qızdırılır. 

P-lər küləkdən müdafiə olunan günəşli sahədə  ş.-dan q.-ə doğru 

uzununa yerləşdirilir. Bunun üçün torpaqda müəyyən dərinlikdə yer 

qazılıb divarları daş, dəmir, beton, taxta və s. materiallarla, üzəri isə 



 

349 


 

şüşə və plankalı çərçivələrlə örtülür. 



PARNİK (İSTİXANA) BİTKİLƏRİ  – Faraş  tərəvəz məhsulu və 

bəzi bitkilərin toxumunu (şitilini) almaq üçün parniklərdə becərilən 

tərəvəz bitkiləri. Kələm, xiyar, pamidor, turp, şüyüd, keşniş, istiot, göy 

soğan və s. eləcə  də  bəzi çiçəkli bitkilər.  Əsas qulluq onların işığa, 

rütubətə, istiliyə olan tələbatını təmin etmək, yemləmə gübrəsi vermək, 

xəstəlik və  zərərvericilərlə mübarizədən ibarətdir. Bunun üçün həmin 

bitkilərin toxumları fevral ayından parniklərə  səpilir, sonra yetişən 

şitillər açıq sahələrə köçürülür. 



PARNİK  İSTİXANA EFFEKTİ  – Yer atmosferinin daxili 

qatlarının temperaturunun artması. Günəşdən yönələn və yerdən qayıdan 

şüaların yer atmosferindəki CO

2

, O



3

 və su buxarları tərəfindən udulması 

nəticəsində baş verir. 

PARNİK QAZLARI – parnik effekti yaradan qazlar(karbon qazı, su 

buxarı, azot, kükürd oksidləri, feronlar və  b.).  Bu  günə  qədər insan öz 

fəaliyyəti nəticəsində havaya buraxdığı P.q. atmosferdə 0,6-2,4

° istilik 

yaratmağa kifayət edər (amerika meteoroloqu V.Ramanatxanın 

məlumtına görə). Hesablamalar göstərir ki, əgər P.q. indiki sürətlə artar-

sa, bir neçə 10 ildən sora planetimizdə orta hesabla 5

° istilik çoxala 

bilər, bunun nəticəsində isə planetin iqlimi kəskin dəyişər, qütb 

buzlaqlarının əriməsi nəticəsində dənizin səviyyəsi xeyli qalxar və geniş 

ərazilər su altında qalar. 

PARSELLA,  (fran. Parcelle - hissəcik) mikroqruplaşma (Qros-

sheym, 1929, Yaroşenko, 1931) – 1) biosenozun üfiqi parçalanmasının 

struktur hissəsi, senopopulyasiya. P.-lar bir-birindən tərkibi, strukturu, 

komponentlərinin xassələri,  əlaqələrinin spesifik və maddi-enerji 

mübadiləsi ilə seçilir (Dılis, 1969). P. müxtəlif meşə qruplaşmalarında 

ayrılmış küknar, şam, palıd qruplarından, meşə daxilində tala, 

çəmənlikdə kol qrupları  və s-dən ibarət ola bilər. Kəskin ayrılan 

parsellalıq fitosenozun mozaikliyini müəyyən edir. 2) fitosenozun üfiqi 

parçalanmasının struktur hissəsi-bitki örtüyünün mikroqrupu. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   747   748   749   750   751   752   753   754   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin