ZOOBENTOS, DİB FAUNASI – su hövzələrinin dibində və ya
qruntunda yaşayan heyvanların məcmusu.
ZOOCOĞRAFİ FAUNİSTİK ƏYALƏT – vilayətə tabe olan
zoocoğrafi rayonlaşdırma vahidi.
ZOOCOĞRAFİ VİLAYƏTLƏR – Yer kürəsində heyvanların əsas
coğrafi vilayətləri.
ZOOCOĞRAFİYA, HEYVAN COĞRAFİYASI – zoologiyanın
bir bölməsi; Yer kürəsində heyvanların hazırda və keçmişdə coğrafi
yayılmasını, bu yayılmanı müəyyən edən müasir və keçmiş tarixi
amilləri, qanunauyğunluqları, həmçinin heyvanların ekoloji qruplarının
coğrafi yayılmasını öyrənir.
ZOOXORİYA – meyvə və toxumaların heyvanlar vasitəsilə
yayılması. Z.-nın epizooxoriaya (meyvə və toxumların heyvanın bədən
səthi ilə yayılması), endozooxoriya (heyvanların ekskrementi ilə
yayılması) və sinzooxoriaya (Heyvanların meyvə və toxumları ehtiyat
məqsədilə toplanması ilə əlaqələr yayılması) tipi müəyyən edilir. Bu-
nunla əlaqədar bitkilər də epi-, endo-, və sinzooxorlara bölünür. Epi-
zooxor bitkilərin meyvə və toxumlarında qarmaq, tikan, selik yapışqan
maddələr və s., endozoxor bitkilərin toxumu üzərində ətli hissə olur.
Heyvanlar belə meyvə və toxumları yeməklə yayırlar. Sinzooxoriyanın
geniş yayılan forması və ya toxumların qarışqalar tərəfindən toplanması-
mirmekoxoriyadır.
ZOOFABLAR – heyvanların yeyilməsindən qorunmaq üçün
müəyyən uyğunlaşmalara (tikanlı, acı, pis qoxulu, zəhərli və s.) malik
olan bitkilər.
ZOOFAQLAR – otyeyən heyvanlarla (fitofaqlar) və ya ətyeyənlərlə
(zoofaqlar) qidalanan yırtıcı heyvanlar. Bitkilərdən bu qrupa cücülərlə
qidalanan bitkilər aiddir.
Dostları ilə paylaş: |