507
ZOOGEN FAKTORLAR – heyvanların
bitkilərin həyat tərzinə,
çoxalmasına və xassəsinə təsirinin müxtəlif formaları.
ZOOGEN RELYEF – bax: biogen relyef.
ZOOGEN SUKSESSİYA – heyvanların
güclü təsirilə baş verən
sukssesiya (məs., onların kütləvi artması ilə).
ZOOGENETİKA – genetikanın
bir sahəsi; heyvanların genetikasını
öyrənir.
ZOOGİGİYENA – veterenar və zootexnika
elminin bir sahəsi;
heyvanların saxlanılma
şəraitinin onların sağlamlığını
və
məhsuldarlığını artırmaq üzrə tədbirlər hazırlayır.
ZOOKÜTLƏ – Müəyyən populyasiya və biosenozda
heyvanat
aləminin biokütləsi. Quruda zookütlənin miqdarı 2,0
⋅ 10
9
t (Uitteker,
1980) olub əsas torpağın heyvanat aləmindən ibarətdir.
Dəniz və okean-
larda zookütlənin quru maddəsi 6,0
⋅ 10
9
t təşkil edir. (Vinberq, Çernov,
1970).
Dostları ilə paylaş: