ZOOLOJİ XƏRİTƏLƏR – müxtəlif heyvan qruplarının
yerləşməsini, miqrasiyasını və coğrafi mühitlə əlaqəsini əks etdirən
zoocoğrafi xəritələr.
ZOOMEŞƏMELİORASİYA – heyvandarlığı yem bazası ilə təmin
etmək məqsədilə quru bozqır, yarımsəhra və səhra rayonlarında qoruyu-
cu meşə zolaqlarının salınması. Z.-nın ən çox yayılmış növü uzununa
otlaqqoruyucu meşəliklərin salınması hesab olunur. Otlaqqoruyucu
meşə zolaqları torpağın eroziyasının qarşısını alır, əlverişli mikroiqlim
yaradır, ot bitkisinin inkişafına səbəb olur, həmçinin heyvanların
əlverişsiz şəraitdən qorunması vəzifəsini daşıyır.
ZOONOZLAR – təkamül prosesində heyvanların müəyyən növündə
parzitlik etməyə uyğunlaşan törədicilərin əmələ gətirdiyi yoluxucu
xəstəliklər. Qaramal taunu, donuz taunu, pasterelyoz və s. Z.-a aidir.
Sanitar-iqtisadi şərait pis olduqda Z. insanlar arasında da baş verə bilər.
İnsanlara xəstə heyvanlardan keçir və ona bu xəstəliyi yoluxdurmurlar.
Profilaktikası: ət məhsullarından düzgün istifadə etmək, bəzi
xəstəliklərə (taun, qarayara, bruselyoz və s.) qarşı peyvəndlər vurmaq və
s.
ZOOPARAZİTLƏR – heyvanlarda yaşayan parazitlər.
ZOOPLANKTON – planktonun heyvanat komponenti (ibtidailər,
meduzalar, evufauzidilər və s.).
ZOOPLANKTON
– planktonun heyvan nümayəndələri.
(S.A.Zernovanın termininə görə, 1949).
Dostları ilə paylaş: |