VEKTOR (yun. Vector) – digər orqanizmlərə patogen agentlər (vi-
ruslar, bakteriyalar, ibtidailər, qurdlar və s.) yayan orqanizmlər. Ən çox
həşəratlar arasında rast gəlinir.
VENESİYA SİSTEMİ – Beynəlxalq Limnologiya Konqresində
(Venesiya, İtaliya, 1958) qəbul edilmiş təbii suların duzluluq dərəcəsinə
görə təsnifat sistemi.
VENTİLYASİYA (lat. ventilatio - küləkləndirmək) – 1)
heyvanların öz yuvalarının havasını təmizləməsi (təzələməsi); 2) isteh-
salat yaşayış və ictimai evlərin gigiyena tələblərinə uyğun hava ilə təmin
edilməsi. Yerli V.-da çirklənmiş hava yalnız çirklənmiş yerdən kənar
edilir. Ümumidəyişmə V.-da çirklənmə yerindən asılı olmayaraq bütün
binanın havası ventilyasiya edilir. Kombinasiyalı V.-da yerli və
ümumdəyişmə ventilyasiyasının elementlərindən istifadə olunur.
Dostları ilə paylaş: |