SUYUN ŞİRİNLƏŞDİRİLMƏSİ – İçməli (duzsuz) və təsərrüfat
əhəmiyyətli su almaq üçün təbii suların tərkibindəki duzların miqdarının
azaldılması (adətən 1q/l-dək) prosesi. Əsasən, arid, habelə quraqlıq
sahələrdə yerləşən və Yerin quru səthinin təqribən 60%-ini təşkil edən
40-dan artıq ölkədə şirin su çatışmır.
Aqreqat halını dəyişdirməklə (distillə, dondurma yolu ilə), həm də
dəyişdirmədən (hiperfiltrasiya, yaxud əksinə osmos, ion mübadiləsi,
üzvi həllelicilərlə suyun ekstraksiyası, ionların məsaməli elektrodlarla
sorbsiyası və s.) suyu şirinləşdirmək mümkündür. S.ş. üsullarına mü-
vafiq olaraq mütəlif suşirinləşdirici qurğu tipləri mövcuddur.
Dostları ilə paylaş: |