Qida mühəndisliyi və Ekspertiza” kafedrası “MİkrobiologiYA, sanitariya və GİGİyena”



Yüklə 180,77 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü180,77 Kb.
#47817
1   2   3   4
Mikrobiologiya,sanitariyası və gigiyena

Nitrifikasiya prosesi kim tərəfindən aşkar edilmişdir?

  1. S.N.Vinoqradski

  2. V.L.Omelyanski

  3. L.Paster

  4. R.Kox

  5. İ. Meçnikov

  1. Azotobakterlər kim tərəfindən əldə edilmişdir?

  1. M.B.Beyerinq(1901)

  2. L.Paster(1885)

  3. F.Kon(1857)

  4. L.Senkovski(1855)

  5. X.Erenburq (1838)

  1. Bakterial intoksikasiyalara aiddir:

  1. Stafilokokkların törətdiyi xəstəlik

  2. Fuzarioz

  3. Çörəyin ağarması

  4. Çörəkdə qırmızı ləkələrin əmələ gəlməsi

  5. Heç biri

  1. Qida məhsullarının daşınması üçün istifadə olunan nəqliyyat vasitələri hansı məhlulla dezinfeksiya edilməlidir?

  1. xloraminin 2-3%-li məhlulu ilə

  2. 10%li NaCl məhlulu ilə

  3. 2,6 dixlorfenolindofenol məhlulu ilə

  4. Lyuqol məhlulu ilə

  5. 20%li kalium permanqanat məhlulu ilə

  1. Qida məhsullarının daşınmasına istifadə olunan nəqliyyat vasitələri hansı müddətdə dezinfeksiya edilməlidir?

  1. 5 gündən az olmayaraq

  2. 10 gündən bir

  3. Ayda 1 dəfə

  4. 20 gündən bir

  5. Hər gün

  1. İaşə müəssisələrində sanitar qaydalarına uyğun olaraq aşağıdakı məhsullar üçün qəbul qadağan olunur:

  1. baytar nəzarətinin baxılmasını və qadağan qərarınısübut edən möhürsüz (damğasız) və sənədsiz ət

  2. soyudulmayan mühitdə saxlanıla bilməyən məhsullar

  3. dondurulmuş ət

  4. soyudulmuş ət

  5. soyudulmuş balıq

  1. Xüsusi tez xarab olan məhsullar 60C temperaturda maksimum neçə saat saxlanıla bilər?

  1. 72 saat

  2. 24 saat

  3. 36 saat

  4. 8 saat

  5. 12 saat

  1. Kolbasanı soyuducu kamerada necə saxlamaq lazımdır?

  1. Qarmaqdan asılı vəziyyətdə

  2. Stellajlara yığılmış vəziyyətdə

  3. Yeşiklərə qablaşdırılmış vəziyyətdə

  4. Rəflərdə

  5. Qutularda

  1. Dezinfeksiyanın üsulları hansılardır?

  1. Fiziki və kimyəvi

  2. Ekoloji və biokimyəvi

  3. Pasterizasiya və sterilizasiya

  4. Vakuum və germetik

  5. Sadə və mürəkkəb

  1. Fiziki dezinfeksiyaya aid deyil:

  1. Xlor məhlulu

  2. Qaynar hava

  3. Buxar

  4. Qaynar su

  5. Qaynar su və hava

  1. Mikrobiologiyanın inkişafının fizioloji dövrünün başlanması hansı alimin adı ilə bağlıdır?

  1. L.Paster

  2. R.Kox

  3. F.Brauel

  4. İ.Meçnikov

  5. A.Levenhuk

  1. Mikrobların morfoloji təsviri necə adlanır?

  1. Mikroqrafiya

  2. Stenoqrafiya

  3. Biblioqrafiya

  4. Kartoqrafiya

  5. Etiologiya

  1. Kənd təsərrüfatı mikrobiologiyasının banisi kimdir?

  1. S.Vinoqradski

  2. A.Levenhuk

  3. R.Kox

  4. İ.Meçnikov

  5. F.Brauel

  1. Virusologiya elminin yaradılması hansı alimin adı ilə bağlıdır?

  1. D.İvanovski

  2. R.Kox

  3. İ.Meçnikov

  4. A.Pavlov

  5. S.Vinoqradski

  1. Heyvanların eritrositlərindən alınmış antibiotik maddə necə adlanır?

  1. eritrin

  2. fitonsid

  3. ekmolin

  4. lizosim

  5. yuqlon

  1. Hansı ifadə hüceyrə membranının xassələrinə aiddir?

  1. Ikiqat fosfolipid təbəqəsindən ibarətdir

  2. Sərt peptidoqlikan təbəqəsinə malikdir

  3. Ölçüsü mikrob hüceyrəsindən bir neçə dəfə uzundur

  4. Rəngsiz, yüksək yapışqanlığa malik kollodidal kütlədir

  5. Irsi xüsusiyyətlərin daşıyıcılarıdır

  1. Spor əmələ gəlməsinə təsir edən amillərdən deyil?

  1. işıq

  2. Mühitin quruması

  3. Qida maddələrinin azalması

  4. Mühitin pH-ı

  5. temperatur

  1. Spor harda əmələ gəlir?

  1. Bakteriya hüceyrəsinin stoplazmasında

  2. Nüvədə

  3. Vakuolda

  4. Ribosomlarda

  5. Qılafda

  1. Sporlar hansı ölçüyə malikdirlər?

  1. 0,5-2mkm

  2. 100 mkm

  3. 50mkm

  4. 25mkm

  5. 0,012mkm

  1. Rikketsiya 1910-cu ildə kim tərəfindən kşf edilb?

  1. X.Rikkets

  2. R.Kox

  3. Q.Müller-Turqau

  4. A.Levenhuk

  5. L.Paster

  1. Birkomponentli fermentlərin hidroliz məhsulları hansı maddələrdən ibarətdir?

  1. Aminturşulardan

  2. Karbohidratlardan

  3. Lipidlərdən

  4. Metallardan və aminturşulardan

  5. Qeyri zülali hissədən

  1. Mikroorqanizmlərin hüceyrələrinin tərkibində üzvi maddələrin əsasını təşkil edən C, O, H, N elementləri necə adlanır?

  1. Biogen elementlər

  2. Mineral elementlər

  3. Kül elementləri

  4. Kofaktor

  5. Apoferment

  1. Mikroelentlər hansı sırada göstərilmişdir?

  1. J, Ni, Zn, Mn

  2. P, K, Zn,Ca

  3. K, Na, Fe

  4. Na, Fe, Ca, Cu

  5. O2, CO2, Ca

  1. Quru maddə mikrob hüceyrəsinin neçə faizini təşkil edir?

  1. 15-20%

  2. 40-60%

  3. 85%

  4. 94%

  5. 55%

  1. Havanın mikrobiotasında hansı mikroorqanizmlərin miqdarı çox olur?

  1. Piqmentli mikroorqanizmlər

  2. Kokklar

  3. Sarsinlər

  4. Stafilokokklar

  5. Ot çöpləri

  1. Mikroorqanimlərin hüceyrəsində toplanan ehtiyat qida maddələri hansılardır?

  1. Polişəkər, yağlar, kükürdlü birləşmələr

  2. Minerallar, fenol birləşmələri

  3. Katexinlər, lipidlər

  4. Yağlar, üzvi turşular

  5. hamısı

  1. Mikrohüceyrələrdə toplanan ehtiyat qida maddələrindən olan polişəkərlərə hansılar aiddir?

  1. Nişasta, qlikogen

  2. Pektin, fruktoza

  3. Arabinoza, riboza

  4. Qliserin altehidi, oksimetilfurfurol

  1. Mikroorqanizmlər tərəfindən hansı boy maddələri sintez olunur?

  1. Auksin, gibberillin

  2. Fitonsidlər

  3. Baktersid maddələr

  4. Metilen

  5. Furfurol

  1. Bakteriyalar boyanmasına görə neçə qrupa bölünür?

  1. 2

  2. 4

  3. 3

  4. 5

  5. 6

  1. Bakteriyalar boyanmasına görə hansı qruplara bölünür?

  1. Qram mənfi və Qram müsbət

  2. Optimal və Neytral

  3. Osmofil və halofil

  4. Barofil və osmofil

  5. Mezofil və kserofit

  1. Mikrob hüceyrəsinin nüvəsi necə adlanır?

  1. Nukleoid

  2. Nukleotid

  3. Xromatid

  4. Colloid

  5. Plazmidilər

  1. Mikroorqanizmlərin hüceyrəsində DNT molekulu şəklində sitoplazmatik irsiyyət determinantları necə adlanır?

  1. Plazmidilər

  2. Kapsullar

  3. Sporlar

  4. Protoplazmatik membran

  5. Vakuol

  1. Bakteriyalarda nukleotidin DNT maddəsini necə adlandırırlar?

  1. Bakterial xromosom

  2. Plazmidilər

  3. Sporlar

  4. Kapsula

  5. Protoplazmatik membran

  1. Hüceyrə divarının dəyişmiş forması necə adlanır?

  1. Kapsula

  2. Spor

  3. Sporangi

  4. Mezoderma

  5. Plazmidi

  1. DNT-də irsiyyət daşıyıcısı olan ....... düz xətt üzrə düzülmüşdür.

  1. Genlər

  2. Ribosomlar

  3. Volyutin

  4. Inulin

  5. mukopeptid

  1. Qamçıların yerləşməsinə görə hərəkətdə olan bütün bakteriyaları neçə qrupa bölürlər?

  1. 4

  2. 2

  3. 3

  4. 5

  5. 7

  1. Hansı bakteriyalara monotrixlər deyilir?

  1. Tək qamçılılara

  2. Iki qamçılılara

  3. Dəstə qamçılılara

  4. Kirpiklilərə

  5. Heç birinə

  1. “Fibril” sözünün latıncadan tərcüməsi hansı mənanı verir?

  1. Sap, saçaq

  2. Selik

  3. Həlməşik

  4. Zəhər

  5. qamçı

  1. Spor əmələgəlmə prosesi neçə mərhələdə həyata keçir?

  1. 4

  2. 5

  3. 3

  4. 2

  5. 6

  1. “Suyun aktivliyi” nəyi ifadə edir?

  1. Substratın nisbi nəmliyini

  2. Kardinal nöqtəni

  3. Qatılığını

  4. Aerobluq dərəcəsini

  5. Mühitin turşuluğunu

  1. Süd turşusu qıcqırması hansı bakteriyalar tərəfindən həyata keçirilir?

  1. Süd turşusu bakteriyaları

  2. Propion turşusu bakteriyaları

  3. Yağ turşusu bakteriyaları

  4. Sellüloza bakteriyaları

  5. Sirkə turşusu bakteriyaları

  1. Süd turşusu qıcqırması zamanı əmələ gələn iki molekul süd turşusu hansı maddənin parçalanmasından əmələ gəlir?

  1. Şəkərlər

  2. Yağlar

  3. Zülallar

  4. Fenollar

  5. Üzvi turşular

  1. Limon turşusuna qıcqırma hansı mikroorqanizmlər tərəfindən həyata keçirilir?

  1. Kif göbələkləri

  2. Süd turşusu bakteriyaları

  3. Yağ turşusu bakteriyaları

  4. Propion turşusu bakteriyaları

  5. Bağırsaq çöpləri

  1. Üzvi maddələrin parçalanması nəticəsində torpaq və suda əmələ gələn ammonyak tez oksidləşib əvvəlcə nitrit, sonra isə nitrat turşusuna çevrilir. Bu proses necə adlanır?

  1. Nitrifikasiya

  2. Sterilizasiya

  3. Pasterizasiya

  4. Denitrifikasiya

  5. ooqamiya

  1. Brüselyoz xəstəliyi törədiciləri hansı cinsdən olan bakteriyalara aiddir?

  1. Brucella

  2. Vibrio

  3. Shigella

  4. Salmonella

  5. Escherichia

  1. Şəkərin anaerob şəraitdə mikroorqanizmlər tərəfindən etil spirtinə və karbon qazına çevrilmə prosesinə ............... deyilir.

  1. Spirt qıcqırması

  2. Propion turşusuna qıcqırma

  3. Süd turşusuna qıcqırma

  4. Yağ turşusuna qıcqırma

  5. Limon turşusuna qıcqırma

  1. Mikroorqanizmlərin insan, heyvan və bitkilərdə xəstəlik yaratma xüsusiyyəti necə adlanır?

  1. Patogenlik

  2. Virulentlik

  3. Osmofil

  4. Barofil

  5. Mezofil

  1. Kif göbələklərinin, aktinomisetlərin, bakteriyaların, bitkilərin həyat -fəaliyyətinin xüsusi məhsulu olub, müəyyən qrup mikroorqanizmlərə qarşı yüksək antibakterial fəallığa malik olan maddələr necə adlanır?

  1. Antibiotik

  2. Auksinlər

  3. Fitonsidlər

  4. Kolisin

  5. fuksin

  1. Antibiotik sözünün mənası nədir?

  1. “anti” - əleyhinə, “bios” – həyat

  2. Staphilos – üzüm salxımı

  3. Kiçik, həyat , canlı

  4. əyilmə, uzun saç

  5. sadə

  1. Antibiotikin təsir mexanizmləri hansılardır?

  1. Baktersid və bakteriostatik

  2. Fitonsid və auksin

  3. Obliqat və fakultativ

  4. Modifikasiya və dəyişkənlik

  5. Osmofil və halofil

  1. Bitki mənşəli antibiotiklər necə adlanır?

  1. Fitonsid

  2. Antibiotic

  3. Auksin

  4. Halofil

  5. Karotin

  1. Heyvan mənşəli antibiotik hansıdır?

  1. Eritrin, ekmolin

  2. Fitonsid, karotin

  3. Auksin, biotsin

  4. Aspergil, neomitsin

  5. Nistatin, xloromitsin

  1. Göbələklərin antibakterial təsirə malik olduğunu ilk dəfə olaraq kimlər müəyyən etmişlər?

  1. V.Manassein və A.Polotebnov

  2. R.Kox və L Paster

  3. A.Levenhuk və K.Drebbel

  4. C.Vinoqradski, D.İvanovski

  5. P.Erlix və İ. Meçnikov

  1. Əsas nomenklatura vahidi nədir?

  1. Növ

  2. Cins

  3. Sinif

  4. Tip

  5. Şöbə

  1. Hansı ifadə aktinomisetlərə aid deyil?

  1. Kapsul müdafiə rolunu oynayır

  2. Hüceyrələri kəskin şaxələnir

  3. Şaxələr hif adlanır

  4. Hiflər bir-birinə dolaşıb kələf əmələ gətirir

  5. Xüsusi çoxalma orqanı sporangi var

  1. Canlı hüceyrə kulturasında inkişaf edən mikroorqanizmlər necə adlanır?

  1. Viruslar

  2. Bakteriyalar

  3. Göbələklər

  4. Aktinomisetlər

  5. Fikomisetlər

  1. Açıq su hövzələrində olan suyun 1ml-də nə qədər mikrob olur?

  1. 1000

  2. 10

  3. 5-100

  4. 125

  5. 250

  1. Su kəməri suyunun 1 ml-də nə qədər mikrob hüceyrəsi olmalıdır?

  1. 100

  2. 1000

  3. 10

  4. 20

  5. 50

  1. Havada mikrobların ünuni miqdarının təyini üsuluna aiddir:

  1. Sedimentasiya

  2. Hava cərəyanının mühitə zərbə ilə toxundurulması

  3. Koli –titr

  4. Koli-indeks

  5. Ammonifikasiya

  1. Süddə mikroorqanizmlərin inkişafının birinci dövrü necə adlanır?

  1. Qarışıq dövr

  2. Pıxtalaşma

  3. Laxtalanma

  4. Çürümə

  5. Qıcqırma

  1. Süd turşusunun təsirindən kazeinin parakazeinə çevrilərək pıxtalaşması hansı dövrdə baş verir?

  1. İkinci dövrdə

  2. Birinci dövrdə

  3. Qarışıq dövrdə

  4. Üçüncü dövrdə

  5. Dördüncü dövrdə

  1. Steril torpaqda becərilmiş kökyumrusu bakteriyaları necə adlanır?

  1. Nitrogen

  2. Azotobakterin

  3. Bac. radicicola

  4. Bac. probatus

  5. Planosarcina ureae

  1. Mikrobların iştirakı ilə tərkibində azot olan üzvi birləşmələrin ammonyaka qədər parçalanması hadisəsi ....................... adlanır.

  1. Ammonifikasiya

  2. Pasterizasiya

  3. Nitrifikasiya

  4. Azotobacterin

  5. Damla fazası

  1. İnsan və heyvan orqanizminin anatomik fizioloji xüsusiyyətləri ilə əlaqədar olaraq irsi yolla nəsildən nəsilə keçən immunitet növü hansıdır?

  1. Anadangəlmə

  2. Qazanılmış

  3. Filogenetik

  4. Nisbi immunitet

  5. Süni immunitet

  1. Anadangəlmə immunitet möhkəm olduğu üçün onu başqa necə adlandırırlar?

  1. Mütləq

  2. Süni

  3. Nisbi

  4. Obliqat

  5. fakultativ

  1. Balığın toxumasından alınan antibiotik maddə necə adlanır??

  1. ekmolin

  2. lizosim

  3. eritrin

  4. olitetrin

  5. penisillin

  1. Qazanılmış immunitetin hansı növləri var?

  1. Təbii və süni

  2. Obliqat və fakultativ

  3. Mütləq və nisbi

  4. Gizli və kolostral

  1. Süni immunitetin növləri hansılardır?

  1. Aktiv və passiv

  2. Kolostral və kereditar

  3. Mütləq və nisbi

  4. Təbii və gizli

  5. Obliqat və fakultativ

  1. Xəstəlik qurtardıqdan sonra orqanizmdən patogen amil yox olarsa belə immunitet necə adlanır?

  1. Steril immunitet

  2. Süni immunitet

  3. Təbii immunitet

  4. Aktiv immunitet

  5. Passiv immunitet

  1. İnsan yoluxucu xəstəliyə tutulub sağaldıqdan sonra hansı immunitet növü yaranır?

  1. Təbii qazanılmış

  2. Süni

  3. Steril

  4. Yerli

  5. Aktiv

  1. Mikroorqanizmlərin hüceyrəsində su hansı formada olur?

  1. Sərbəst və birləşmiş

  2. Kondensləşmiş

  3. Kondensləşməmiş

  4. Qaz halında

  5. Molekulyar

  1. Mikroorqanizmlərdə gedən hansı proses fizioloji prosesə aiddir?

  1. Tənəffüs

  2. Virulentlik

  3. İnfeksiya

  4. İnvaziya

  5. Hərəkət

  1. Oksidləşmə-reduksiya reaksiyalarını kataliz edən fermentlər hansı zülal qrupuna aid edilir?

  1. Proteidlər

  2. Sadə zülallar

  3. Proteinlər

  4. Xromoproteidlər

  5. Mukoproteidlər

  1. Polifenoloksidaza fermentinin tərkibində hansı metal ionu vardır?

  1. Cu

  2. Zn

  3. Mo

  4. Au

  5. Fe

  1. Mürəkkəb fermentlərin zülal hissəsi necə adlanır?

  1. Apoferment

  2. Koferment

  3. İzoferment

  4. Sintetaza

  5. Liaza

  1. Liqazalar hansı funksiyanı yerinə yetirirlər?

  1. Sadə birləşmələrdən mürəkkəb maddələrin sintezini sürətləndirirlər

  2. Müxtəlif kimyəvi qrupların bir molekuldan digərinə keçməsini kataliz edir

  3. Molekuldaxili rabitələrin hidrolitik parçalanma reaksiyasını kataliz edir

  4. Üzvi birləşmələrin müxtəlif izomerlərinin qarşılıqlı çevrilmələrini kataliz edir

  5. Oksidləşmə -reduksiya reaksiyalarını kataliz edir

  1. Mikroorqanizmlərin qidalanmasını, tənəffüsünü, inkişafını, çoxalmasını öyrənən elm necə adlanır?

  1. Fiziologiya

  2. Anatomiya

  3. Etiologiya

  4. Alqologiya

  5. Sitologiya

  1. Bakteriyalar neçə müddətdən bir bölünür?

  1. 15-30dəq

  2. 150 dəq

  3. 60 dəq

  4. 80 dəq

  5. 5 dəq

  1. Böyümə hansı prosesə aiddir?

  1. Fizioloji

  2. Sitoloji

  3. Morfoloji

  4. Invazion

  5. infeksion

  1. Əmələ gəlmiş cavan hüceyrələr morfoloji oxşardırlarsa belə bölünmə necə adlanır?

  1. Izomorf

  2. Heteromorf

  3. Stasionar

  4. Loqarifmik

  5. saprotrof

  1. Kultural populyasiyalarda çoxalma fazasında hüceyrələr bölünmür, lakin mühitə uyğunlaşır. Bu faza necə adlanır?

  1. Laq faza

  2. Intensiv loqarifmik faza

  3. Eksponensial

  4. Stasionar çoxalma

  5. Məhvolma

  1. Çoxalan hüceyrələrlə tələf olan olan hüceyrələrin miqdarının nisbi bərabər olması hansı fazada baş verir?

  1. Stasionar çoxalma fazasında

  2. Laq fazada

  3. Tələf olma fazasında

  4. Eksponensial fazada

  5. Intensiv loqarifmik fazada

  1. Məhv olan hüceyrələrin miqdarının bölünən hüceyrələrdən artıq olduğu çoxalma fazası hansıdır?

  1. Tələf olma fazası

  2. Laq faza

  3. Eksponensial faza

  4. Intensiv loqarifmik faza

  5. Stasionar çoxalma fazası

  1. Xarici mühitdən qida maddələrinin mikrob hüceyrəsinə daxil olması və mikrobun həyat-fəaliyyəti nəticəsində əmələ gəlmiş maddələrin ifraz olunması prosesi necə adlanır?

  1. Maddələr mübadiləsi

  2. Katalitik proses

  3. Assimlyasiya

  4. Dissimlyasiya

  5. anabolizm

  1. Mikroorqanizmlərin qidalanması hansı yolla gedir?

  1. Diffuziya və osmos

  2. Katalitik

  3. Sintetik

  4. Plazmoliz

  5. Turqor

  1. Diffuziya nə deməkdir?

  1. Sərbəst daxil olma

  2. Hər hansı bir təsir altında daxil olma

  3. Fermentativ yolla daxil olma

  4. Katalitik yolla daxil olma

  5. Heç biri

  1. Orqanogen maddələr hansı maddələrdir?

  1. Üzvi maddələr

  2. Qeyri üzvi maddələr

  3. Sintetik maddələr

  4. Ksenobiotiklər

  5. Mineral maddələr

  1. Karbondan istifadə mənbəyinə görə mikroorqanizmlər hansı qruplara bölünürlər?

  1. Avtotrof və heterotrof

  2. Miksotrof və kserofit

  3. Halofit və mezofit

  4. Avtotrof və kserofit

  5. Kserofit və fototrof

  1. Kimyəvi reaksiyada əmələ gələn enerjidən istifadə edən mikroorqanizmlər necə adlanır?

  1. Xemotroflar

  2. Avtotroflar

  3. Heterotroflar

  4. Halofitlər

  5. Fototroflar

  1. Hüceyrələrin ölməsi loqarifmik xarakter daşıyır. Bu hadisə hadisə hansı tənliklə ifadə olunur?



  1. y=

  2. y=

  3. X=((A –B/100))A

  4. r=(100 –a/m)+X

  1. Ultrabənövşəyi şüalar mikroorqanizmlərə necə təsir edir?

  1. DNT-nin strukturunu pozur

  2. Sporları əridir

  3. Hüceyrənin çoxalmasını intensivləşdirir

  4. Zülal sintezini sürətləndirir

  5. Hüceyrəni inaktivləşdirir

  1. Karbon mənbəyi kimiüzvi maddələrdən istifadə edən mikroorqanizmlər necə adlandırılır?

  1. Fotoorqanotrof

  2. Xemotrof

  3. Fotolitotrof

  4. Xemoavtotrof

  5. Fototrof

  1. Xemosintez prosesini ilk dəfə kim öyrənmişdir?

  1. N.Vinoqradskiy

  2. L.Paster

  3. R.Kox

  4. D.Meçnikov

  5. A.Levenhuk

  1. Oksigensiz mühitdə inkişaf edən və cüzi oksigenli şəraitdə çoxala bilən mikroorqanizmlər neçə adlanırlar?

  1. Fakultativ anaeroblar

  2. Aeroblar

  3. Anaeroblar

  4. Obliqat aeroblar

  5. Obliqat anaeroblar

  1. Mikroorqanizmlərdə oksidləşmə prosesi sona qədər gedərsə, hansı məhsullar alınar?

  1. CO2 və H2O

  2. Süd turşusu və H2O

  3. Süd turşusu və CO2

  4. K2HPO4 və CO2

  5. MgSO4 və H2O

  1. Canlılar üçün universal enerji akkumlyatoru hansıdır?

  1. ATF

  2. DNT

  3. RNT

  4. ADF

  5. Sitixrom a

  1. ATF prokariot orqanizmlərdə harada lokalizasiya olunur?

  1. Sitoplazmatik membranda

  2. Mitoxondridə

  3. Ribosomlarda

  4. Nüvədə

  5. DNT-də

  1. Eukariotlarda ATF harada lokalizasiya olunur?

  1. Mitoxondridə

  2. Sitoplazmatik membranda

  3. Ribosomlarda

  4. Nüvədə

  5. DNT-də

  1. Mikroorqanizm kulturasının yetişdirilməsi üçün nədən istifadə olunur?

  1. Qida mühitlərindən

  2. Turşudan

  3. Biokütlədən

  4. Qələvidən

  5. Fermentlərdən

  1. Qida mühitlərinin əsas tipləri hansılardır?

  1. Təbii, sintetik, elektiv, diferensial-diaqnostik

  2. Maye, bərk, yarımmaye

  3. Təbii, maye, bərk

  4. Bərk, sintetik, aqarlı

  5. Hamısı

  1. İnsanların təsərrüfat fəaliyyəti nəticəsində ətraf mühitin çirklənməsi hansı tip ekoloji faktor hesab edilir?

  1. Antropogen

  2. Biotik

  3. Abiotik

  4. Fiziki

  5. Kimyəvi

  1. Konditer məhsullarının istehsalında mikrobioloji nəzarət hansı obyektlərdə aparılır?

  1. Xammal, yarımfabrikat, hazır məhsul

  2. Xammal

  3. Yarımfabrikat

  4. Hazır məhsul

  5. Xammal və yarımfabrikat


  1. Yüklə 180,77 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin