Qida mühəndisliyi və Ekspertiza” kafedrası “MİkrobiologiYA, sanitariya və GİGİyena”



Yüklə 180,77 Kb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü180,77 Kb.
#47817
1   2   3   4
Mikrobiologiya,sanitariyası və gigiyena

Phytphtora infestans hansı xəstəliyin törədicisidir?

  1. Kartof çürüməsi

  2. Boz çürümə

  3. Qara çürümə

  4. Acı çürümə

  5. Dəmgil

  1. Ətin səthində göy, qırmızı rəngin əmələ gəlməsi necə adlanır?

  1. Piqmentasiya

  2. Ətin kiflənməsi

  3. Ətin qızışması

  4. Ətin işıqlanması

  5. Ətin seliklənməsi

  1. Pseudomonas carneaətdə hansı mikrobioloji xəstəliyin əmələ gəlməsinə səbəb olur?

  1. ətin seliklənməsi

  2. Piqmentasiya

  3. Ətin kiflənməsi

  4. Ətin işıqlanması

  5. Ətin qızışması

  1. Ətin qızışması zamanı hansı əlamətlər xarakterikdir?

  1. ətdə turşumuş iy

  2. seliklənmə

  3. qaranlıqda işıq vermə

  4. ətin kiflənməsi

  5. üfunət iyi

  1. Krem və krem məmulatlarında hansı saprotrof mikroorqanizmlər olur?

  1. Süd t-su bakteriyaları, çürüdücü bağırsaq çöpü bakteriyaları, mayalar

  2. Ot çöpləri, tuberkulyoz törədiciləri

  3. Mayalar, kif göbələkləri

  4. Fuzarioz törədiciləri, süd t-su bakteriyaları

  5. Mayalar, botulizm törədiciləri

  1. DÜİST-ə görə 1q qatılaşdırılmış şəkərli süddə nə qədər bakteriya olmasına yol verilir?

  1. 5000

  2. 20-30

  3. 1

  4. 50

  5. 100-200

  1. Mənşəyinə görə sular hansı qruplara bölünür?

  1. Atmosfer, səth və yeraltı

  2. Sərbəst və birləşmiş

  3. Birləşmiş, yeraltı və sərbəst

  4. Atmosfer, sərbəst, kristal

  5. Yeraltı, sərbəst, birləşmiş

  1. Zülali maddələrdəki azotun mineral formaya keçməsi prosesi necə adlanır?

  1. Ammonifikasiya

  2. Nitrifikasiya

  3. Denitrifikasiya

  4. Invaziya

  5. Virulentlik

  1. Kök yumruları bakteriyaları kultura halında hansı alim tərəfindən alınmışdır?

  1. M. Beyerinq

  2. H. Hezrigel

  3. M. Voronin

  4. S. Vinoqradski

  5. L. Paster

  1. 2HNO2 + O2 = 2HNO3 + 48 kkal. Bu reaksiya nitrifikasiyanın hansı dövrünə aiddir?

  1. 2-ci

  2. 1-ci

  3. Başlanğıc

  4. 3-cü

  5. 4-cü

  1. Imnunitetin humoral nəzəriyyəsini işləyib hazırlayan alim kimdir?

  1. P. Erlix

  2. İ. Meçnikov

  3. H. Hezrigel

  4. S. Vinoqrodski

  5. R. Kox

  1. Qarın yatalağının törədicisi hansı cinsə mənsubdur?

  1. Salmonella

  2. Escherichia

  3. Pseudomonas

  4. Enterobakteriaceal

  5. Hamısı

  1. Escherichia coli cinsinin bakteriya artımı üçün optimal temperatur hansıdır?

  1. 370C

  2. -50C

  3. 120C

  4. 360C

  5. 450C

  1. Dizenteriya bağırsaq infeksiyasının törədiciləri hansı cinsə mənsubdur?

  1. Shigella

  2. Escherichia

  3. Pseudomoas

  4. Salmonella

  5. Vibrio

  1. Tarixən vəba epidemiyalarının neçə dövrü məlumdur?

  1. 4

  2. 2

  3. 3

  4. 5

  5. 6

  1. Malta qızdırması; neapolitan adlandırılan infeksion xəstəlik hansıdır?

  1. Brüselyoz

  2. Qarın yatalağı

  3. Sibir yazvası

  4. Vərəm

  5. Listerioz

  1. Qızılı stafilokokk insan orqanizminin əsasən hansı hissəsində yaşayır?

  1. Burun-udlaq seliyi və dəri

  2. Qaraciyər və göz

  3. Ağciyər və dalaq

  4. Bağırsaq

  5. Mədə

  1. Qablaşdırmadan əvvəl qızardılmış balıq və balıq kotletinin bir qramında bakteriyaların sayı nə qədər olur?

  1. 102-103

  2. 100-500

  3. 1000-2000

  4. 5-10

  5. 2-3

  1. Epifit mikroblar fitopatogen mikrobların inkişafına maneçilik törədən hansı maddəni ifraz edirlər?

  1. Antibiotik

  2. Fitonsid

  3. Prebiotik

  4. Hormon

  5. Antiseptik

  1. Adi mikroskopla görünməyən obyektlərin tədqiqində hansı mikroskopiya növündən istifadə edilir?

  1. Ultramikroskopiya

  2. Faza-kontrast mikroskopiya

  3. Flüorosens mikroskopiya

  4. Elektron mikroskopiya

  5. İşıq mikroskopiyası

  1. Azotobakterlə Bac. Mucoidesin sinergizmi zamanı nə qədər heteroauksin stimulyatoru sintez olunur?

  1. 220mq

  2. 100mq

  3. 150mq

  4. 112mq

  5. 173mq

  1. Təmiz azotobakter kulturasında nə qədər heteroauksin stimulyatoru sintez olunur?

  1. 173mq

  2. 220mq

  3. 112mq

  4. 150mq

  5. 100mq

  1. Ana bakteriya hüceyrəsinin daxilində yerləşən struktur necə adlanır?

  1. Prospor

  2. Episoma

  3. Xromosom

  4. Endospor

  5. Ekzospor

  1. Konidiyaları makro və mikrokonidiya tiplərinə aid olan göbələk cinsi hansı sırada göstərilmişdir?

  1. Fuzarium

  2. Alternaria

  3. Botritis

  4. Kladosporium

  5. Askospor

  1. Termofil bakteriyaların silosları isitmə prosesi necə adlanır?

  1. Biotermogenez

  2. Fotosintez

  3. Liofilizasiya

  4. Tindalizasiya

  5. Pasterizasiya

  1. Günəşin ultrabənövşəyi şüalarının təsirindən 20-30dəq müddətində hansı bakteriyalar məhv olur?

  1. Vərəm çöpləri

  2. Qarayara törədicisi

  3. Saman çöpləri

  4. Vəba törədicisi

  5. Qarın yatalaşı törədisi

  1. Günəş şüalarının təsirinə hansı mikroorqanizmlər daha həssasdır?

  1. Patogen

  2. Saprofit

  3. Vərəm çöpləri

  4. Qarayara törədicisi

  5. Qızılca törədicisi

  1. Barofil bakteriyalar nə zaman çoxala bilərlər?

  1. Yüksək təzyiqdə

  2. Yüksək qatılıqda

  3. Yüksək duzluluqda

  4. Yüksək şüalanmada

  5. Yüksək temperaturda

  1. Hansı bakteriyalar mühitdə CO2miqdarı 10% olduğu halda yaxşı inkişaf edir?

  1. Brusella abortus

  2. Pseudomonas denitriphicans

  3. Pseudomonas rhizobium

  4. Escherichia coli

  5. Bac.subtilis

  1. Aktinomisetlərdə hava mitselləri harada yerləşir?

  1. Qidalı mühitin üst səthində

  2. Qidalı mühitin daxilində

  3. Hüceyrə daxilində

  4. Hüceyrə protoplazmasında

  5. Hüceyrə nüvəsində

  1. Aktinomisetlərdə substrat mitselləri harada yerləşir?

  1. Qidalı mühitin daxilində

  2. Qidalı mühitin üst səthində

  3. Hüceyrə nüvəsində

  4. Hüceyrə qılafında

  5. Hüceyrə sitoplazmasında

  1. Hansı sırada rəngsiz kükürd bakteriyalarına xas xüsusiyyət göstərilmişdir?

  1. H2S-i oksidləşdirən xemoavtotrof orqanizmdir

  2. Bu orqanizmlər həm göbələklərə, həm də bakteriyalara aid edilir

  3. Bu bakteriyalar üçün selik əmələgətirmə xasdır

  4. Həşərat və gənələrin bağırsaqlarında parazitlik edir

  5. Hüceyrə qılafı yoxdur

  1. Peptonlu ət suyu hansı qidalanma mühiti tipinə aiddir?

  1. Təbii

  2. Süni

  3. Modifikasiyalı

  4. Sintetik

  5. Qarışıq

  1. Rəngləmə metodunun sadə və mürəkkəb olmaqla iki qrupa ayrılması prinsipi nədən ibarətdir?

  1. İstifadə olunan rəngləyici maddələrin miqdarı

  2. Mikroskopiya üsulu

  3. Bakteriyaların morfologiyası

  4. Rəngləyici maddələrin dəyəri

  5. Fiksasiya üsulu

  1. Mürəkkəb rəngləmə metodundan hansı məqsədlə istifadə olunur?

  1. Mikrob hüceyrəsinin strukturunu öyrənmək

  2. Bakteriyaların hərəkətini öyrənmək

  3. Bakteriyaların biokimyəvi süsusiyyətlərini öyrənmək

  4. Bakteriyalarınantigen xüsusiyyətini öyrənmək

  5. Bakteriyaların virulentliyini öyrənmək

  1. İnfeksion xəstəliklərin diaqnostikası zamanı istidfadə olunan əsas rəngləmə üsulu hansıdır?

  1. Qram metodu

  2. Fuksinlə rəngləmə

  3. Sil-Nilsen metodu

  4. Metilen göyü ilə rəngləmə

  5. Romanovski metodu



  1. Bakteriyaların morfologiyası nədən asılıdır?

  1. Hüceyrə divarından

  2. Qidalı mühitin tərkibindən

  3. Qidalı mühitin konsistensiyasından

  4. İstifadə olunan rəngləyici maddələrdən

  5. Preparatın fiksasiya üsulundan

  1. Çöpşəkilli bakteriyalara hansı mikroorqanizmlər aiddir?

  1. Klostridilər

  2. Streptokokklar

  3. Tetrakokklar

  4. Mikoplazma

  5. Spirillər

  1. Qram üsulu ilə boyama nədən asılıdır?

  1. Hüceyrə divarının tərkibi və quruluşundan

  2. Enerjinin alınma üsulundan

  3. Sitoplazmatik membranın quruluşundan

  4. Qidalı mühitin tərkibindən

  5. Bakteriyaların morfologiyasından

  1. Qram metodu hansı orqanizmlər üçün diaqnostik əhəmiyyət kəsb edir?

  1. Prokariot

  2. Mikoplazma

  3. Protoplastlar

  4. Eukariot

  5. Bakteriyaların L-forması

  1. Mikroorqanizmlərin anilin boyaları ilə rənglənməsi mikrobioloji praktikaya kim tərəfindən daxil edilmişdir?

  1. R.Kox

  2. L.Paster

  3. A.Van Levenhuk

  4. H.Qram

  5. D.L.Romanovski

  1. Bakteriyaların formalarını nə müəyyən edir?

  1. Hüceyrə divarı

  2. Nüvə membranı

  3. Tənəffüs tipi

  4. Bölünmə tipi

  5. Plazmidilər

  1. Bakterial hüceyrənin mütləq strukturuna aid olmayan orqan hansıdır?

  1. Qamçılar

  2. Sitoplazmatik membran

  3. Ribosom

  4. Nukleoid

  5. Sitoplazma

  1. Bakteriyaların kapsuluna aid olan xüsiyyəti göstərin

  1. Virulentlik faktorudur

  2. Hərəkət orqanoididir

  3. Mütləq strukturdur

  4. Xromosomdan kənar genetic elementdir

  5. Əkzotoksin xüsusiyyətə malikdir

  1. Kokkların vəziyyəti nədən asılıdır?

  1. Müxtəlif müstəvilərdə bölünməsindən

  2. Kokkların ölçüsündən

  3. Kapsul əmələgətirmə qabiliyyətindən

  4. Qamçıların sayından və yerləşməsindən

  5. Sporların sayından

  1. Bakteriyaların əlavə struktur elementi hansı sırada verilmişdir?

  1. Sporlar

  2. Sitoplazma

  3. Nüvə

  4. Nukleotid

  5. Hüceyrə qılafı

  1. Bakteriya Kapsulunun xassəsini səciyyələndirən sıranı seçin?

  1. Faqositlərdən müdafiə edir

  2. Lipidlərdən təşkil olunmuşdur

  3. Turşuyadavamlılığı ilə xarakterizə olumur

  4. Bu hüceyrənin xarici zülali qatıdır

  5. Bölünmədə iştirak edir

  1. Nukleoid nədir?

  1. DNT-nin iki qatlı molekulu

  2. Zülal qabıqla müdafiə olunan DNT

  3. Mitoz yolu ilə bölünür

  4. Birqatlı DNT

  5. Franqmentləşmiş RNT

  1. Plazmidilərə aid olan sıranı seçin?

  1. İkiqatlı DNT-nin həlqəşəkilli molekulu

  2. Sitoplazmatik membranın törəməsidir

  3. Ehtiyat qida maddəsi

  4. Zülül sintezi mərkəzi

  5. Hüceyrə üçün həyati əhəmiyyətlidir

  1. Ribosomlara xas xüsusiyyət hansı sırada verilmişdir?

  1. Zülül sintezi üçün mərkəz

  2. Ehtiyat qida maddəsi

  3. Hüceyrə üçün həyati əhəmiyyətli deyil

  4. Sitoplazmatik membranın törəməsidir

  5. İkiqatlı DNT-nin həlqəşəkilli molekulu

  1. Qrammüsbət bakteriya hüceyrəsinin hüceyrə divarının əsas kütləsini hansı maddə təşkil edir?

  1. Peptidoqlikan

  2. Zülallar

  3. Qalakturon t-su

  4. Lipidlər

  5. Sadə şəkərlər

  1. Hüceyrə divarının xüsusiyyətlərinə əsaslanan differensial rəngləmə metodunu hansı alim işləmişdir?

  1. H.Qram

  2. A.Van Levenhuk

  3. L.Paster

  4. İ.Meçnikov

  5. R.Kox

  1. Prokariotlar üçün xarakterik olmayan sıranı göstərin?

  1. Differensiallaşmış nüvə

  2. Hüceyrə divarının peptidoqlikan tərkibi

  3. Binar bölünmə

  4. Nukleoid

  5. Ribosom 70S

  1. Eukariotların xarakterizə edən xüsusiyyət hansıdır?

  1. Differensiallaşmış nüvə

  2. Binar bölünmə

  3. Nukleoid

  4. Faqositoz qabiliyyəti yoxdur

  5. Hüceyrə divarının peptidoqlikan tərkibi

  1. Bakteriyaların strukturu haqqındakı biliklər nəyə imkan vermir?

  1. Orqanizmin immun statusunu qiymətləndirməyə

  2. Bakteriyaları identifikasiya etmək

  3. Vaksinlər hazırlamaq

  4. Virulentlik faktorlarını öyrənməyə

  5. Dezinfeksiya və sterilizasiya metodlarını işləyib hazırlamağa

  1. Bakteriya kapsulunun funksiyası nədir?

  1. Antifaqositar

  2. Lokomotor

  3. Reproduktiv

  4. Ayırıcı

  5. Zülalsintezedici

  1. Hansı sırada göstərilən ifadə “Bakteriyaların strukturu antimikrob preparatlar üçün hədəfdir” fikrinə aid deyil?

  1. Kapsulu

  2. Hüceyrə divarı

  3. Mitoxondrilər

  4. Sitoplazmatik membrane

  5. Ribosomlar

  1. Ətraf mühitdə müəyyən patogen mikroorqanizm qrupununun məhv edilməsinecə adlanır?

  1. Dezinfeksiya

  2. Antiseptika

  3. Sterilizasiya

  4. Aseptika

  5. Pasterizasiya

  1. Ətraf mühitdən mikroorqaniizmlərin toxuma hüceyrələrinə daxil olması xəbərdarlığı haqqında tədbirlər sistemi necə adlanır?

  1. Aseptika

  2. Dezinfeksiya

  3. Sterilizasiya

  4. Pasterizasiya

  5. Antiseptika

  1. Obyektdə mikroorqanizmlərin tam məhv edilməsi necə adlanır?

  1. Sterilizasiya

  2. Dezinfeksiya

  3. Aseptika

  4. Antiseptika

  5. Pasterizasiya

  1. Sterilizasiya metoduna aid olmayanı göstərin?

  1. Sublimasiya

  2. Avtoklavda sterilizasiya

  3. Kalsinasiya

  4. Bakterial filtrdən filtrləmə

  5. İonlaşdırıcı şüalanma

  1. Qatılıq artdıqca bir maddə istisna olmaqla aşağıda göstərilən dezinfeksiyaedici maddələrin effekti güclənir. İstisna variantını göstərin

  1. Spirt

  2. Xlorlu əhəng

  3. Xloramin

  4. Hidrogen proksid

  5. hipoxlorid

  1. Dezinfeksiyanın effektivliyi asılı deyi?

  1. İşıqlanmadan

  2. Dezinfektantın fiziki-kimyəvi xassəsindən

  3. Mikroorqanizmlərin davamlılığından

  4. Mikrob kontaminasiyasının səviyyəsindən

  5. Emal üsulundan

  1. Mikrobioloji praktikada qida mühitlərinin təyinatına aid olmayan variantı göstərin?

  1. İmmunoqrammın təyini

  2. Mikroorqanizmlərin kultivasiyası

  3. Mikroorqanizmlərin biokimyəvi xüsusiyyətlərinin öyrənilməsi

  4. Mikrob kulturasının antibiotiklərə təsirinin öyrənilməsi

  5. Mikrob kulturasının saxlanması

  1. Mikroorqanizmləri yetişdirmək üçün qida mühitlərini nəyin əsasında seçirlər?

  1. Fiziologiya

  2. Morfologiya

  3. Virulentlik

  4. Faqolizabellik

  5. Antigen quruluş

  1. Müəyyən qrup mikroorqanizm növlərinin yetişdirilməsi üçün tətbiq olunan qida mühitləri necə adlanır?

  1. Elektiv

  2. Differensial-diaqnostik

  3. Maye

  4. Qatı

  5. Universal

  1. Bakteriyaların çoxalma üsulu hansıdır?

  1. Binar bölünmə

  2. Replikasiya

  3. Sporəmələgətirmə

  4. Apoptoz

  5. L-transformasiya

  1. Obliqat anaerobların metabolizm tipi hansıdır?

  1. Qıcqırma

  2. Oksidləşmə

  3. Kostitutiv

  4. İndusitiv

  5. Qıcqırma-oksidləşmə

Tərtib etdi: b.f.d., b.m Qurbanova S.O.





Yüklə 180,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin