Qilman eyvazov iNTİqam əSGƏrov



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə13/139
tarix25.12.2023
ölçüsü3,72 Kb.
#194915
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   139
quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-11-ci-sinif-ucun-darslik-1671017202-190-backup

Hərbi Dəniz Qüvvələri
Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Hərbi Dəniz 
Qüv vələrinin (HDQ) yaradılması və texniki təminatın yaxşılaşdı
-
rılması məqsədilə 6 ədəd sualtı qayıq, müxtəlif tipli döyüş kater
-
ləri, dəniz artilleriya silahları sifariş olunmuşdu. Lakin Xalq 
Cümhuriyyəti Rusiya tərəfindən növbəti dəfə işğal olunduğu 
üçün hərbi donanmanın yaradılması mümkün olmadı.
Müstəqilliyimizi bərpa etdikdən sonra HDQ-nin yaradılma
-
sına başlanıldı. HDQ-nin şəxsi heyəti Türkiyə və ABŞ dənizçiləri ilə birgə təlim
-
lərdə iştirak edir. Zabit kadrlarının ixtisas hazırlığını yüksəltmək üçün bir sıra 
xarici ölkələrlə təcrübə mübadilələri aparılır. Şəxsi heyətin döyüş hazırlığının 
yüksəldilməsi üçün Xəzər hövzəsinin cavabdehlik zonasında hər il genişmiq
-
yaslı təlimlər keçirilir.
HDQ Xəzər dənizində neft-qaz hasilatı rayonlarının və ixrac boru kəmərləri
-
nin dənizdən keçən, eləcə də sualtı hissələrin mühafizəsini təmin edir. Bu qüv
-
vələr dəniz akvatoriyasının dalğıc baxışlarını həyata keçirir, Xəzər dənizinin 
Azərbaycana aid olan sektorunda etibarlı müdafiənin təşkili, dənizdə hərbi tə
-
cavüz və terrorun qarşısının alınmasını təmin edir.
HDQ-nin döyüş imkanlarının daha da artırılması üçün yeni gəmilərin inşası, 
müxtəlif tipli gəmi və katerlərin modernləşdirilməsi uğurla davam etdirilir.
Layih
ə


26
S
/
T
su
al ta
p
şırıq
1. 
Vətən müharibəsində XTQ­nin mühim rol oynadığını necə izah edərdiniz?
2. Dövlətimizin ərazi bütövlüyünün qorunmasında daha çox hansı qoşun 
növü önəmli rol oynayır?
3. Hansı qoşun növündə xidmət etmək istərdiniz (Fikrinizi əsaslandırın)?
4. Vətən müharibəsində ordumuzun istifadə etdiyi müasir silahlar haqqında 
təqdimat hazırlayın.
5. “Dünyada gedən son müharibələrdə mühəndis və kimya təminatının rolu” 
mövzusunda təqdimat hazırlayın.

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin