6
GİRİŞ
Vətəni qorumaq xalqın ən müqəddəs borcu və vəzifəsidir. Amma Vətənin
müdafiəsinə görə əsas məsuliyyət Azərbaycan Respublikası Silahlı Qüvvələri
-
nin üzərinə düşür. Vətənimizin suverenliyinin, ərazi bütövlüyünün, toxunulmaz
-
lığının qorunması, mənafeyinin silahlı müdafiəsi, dövlətə silahlı hücumun qarşı
-
sının alın ması, təcavüz olarsa, onun dəf edilməsi
sadiq əsgərlərimizin
Və tə nimiz və dövlətçi liyimiz qarşısında borcu olduğu “Azərbaycan Respublikası
Silahlı Qüvvələri haq qında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmişdir.
Dövlətimizin apardığı uğurlu iqtisadi siyasət nəticəsində ordumuz gün
-
dən-günə daha müasir silah və texnika ilə təchiz olunur, hərbi qulluqçuların ri
-
fahı daha da yüksəlir. Aparılan uğurlu islahatların məntiqi davamı olaraq 2016-
cı il aprel ayında təmas xəttində düşmən təxribatlarının qarşısı mətinliklə alındı
və ona əks-zərbə endirildi.
Müasir döyüşdə xalqına, dövlətinə sonsuz məhəbbət bəsləyən, döyüş ha
-
zırlığı və mənəvi-psixoloji vəziyyəti yüksək olan, xalqının haqq işinə dərindən
inanan, fiziki cəhətdən sağlam, silah və texnikadan ustalıqla istifadə etməyi ba
-
caran hərbçilər qalib gəlir.
Vətəni müdafiə hər bir vətəndaşın borcudur!
(Azərbaycan Respublikasının Konstitusiyası, maddə 76)
Vətənin müdafiə etmək üçün sizin borcunuz nədən ibarətdir?
Layih
ə
7
Ordumuzun müasir döyüş texnikası və silahlarla
təchiz edilməsi gənc əs
-
gərlərin təliminə fərqli yanaşma tələb edir. Qısa müddət ərzində müasir silah və
texnikanı mükəmməl öyrənmək o qədər də asan deyildir. Ona görə də hər bir
gənc əvvəlcədən özünü hərbi xidmətə hazırlamalı, xalqı və vətəni qarşısında
vətəndaşlıq məsuliyyətini dərindən dərk etməlidir. Çağırışaqədərki hazırlıq
kursu hərbi xidmətə hazırlaşmaqda sizə kömək edəcəkdir.
Çağırışaqədərki hazırlıq Azərbaycan Respublikasının Konstitusiyasına,
Azər baycan Respublikası Prezidentinin fərmanlarına, “Təhsil haqqında”, “Hərbi
vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarına,
Nazirlər Kabi netinin qərarlarına, “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnamə
-
si”nə və digər nor mativ hüquqi aktlara uyğun həyata keçirilir. Burada gənc əs
-
gərin hazır lıq proqramı həcmində hərb işini öyrənməsi nəzərdə tutulur.
Çağırıçaqədərki hazırlıq kursunu mükəmməl
mənimsəyən gənc hərbi xid
-
məti uğurla başa vurmaqda çətinlik çəkməyəcəkdir.
10-cu sinifdə olduğu kimi, 11-ci sinifdə də bu fənni dövlət təhlükəsizliyinin
tarixi və hüquqi əsasları, həyat və fəaliyyətin təhlükəsizliyinin təminatı, tibbi bi
-
liklər və ilk tibbi yardım qaydaları olmaqla üç istiqamət üzrə öyrənəcəksiniz.
Dövlət müdafiəsinin tarixi və hüquqi əsasları istiqamətində Azərbaycan Si
-
lahlı Qüvvələrinin yaranması, tarixi, inkişafı, strukturu, qoşun növlərinin döyüş
imkanları, hərbi nizamnamələrin ümumi müddəalarının (daxili xidmət, intizam,
qarnizon və qarovul xidməti və sıra nizamnamələri) tələblərinin tətbiqi və icrası
üzrə bilik və bacarıqlara yiyələnəcəksiniz.
Həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı istiqamətində aşağıdakı bilik və
bacarıqları əldə edəcəksiniz:
▶
müasir ümumqoşun döyüşü, döyüş təminatı, motoatıcı taqımın təşkili,
hü cumda və müdafiədə tapşırıqlar, döyüşqabağı və döyüş düzülüşləri,
yürüş;
▶
atıcı silahlardan istifadə qaydaları
və onlara texniki xidmət;
▶
mühəndis maneələri, mina-partlayış qurğularının
ümumi quruluşu və
tətbiqi üsulları, müasir mühəndis texnikaları;
▶
zirehli döyüş texnikaları ilə mübarizə üsulları;
▶
topoqrafik xəritələr və onlardan istifadə;
▶
fövqəladə hadisələr zamanı
mülki müdafiənin təşkili;
▶
müxtəlif fərdi mühafizə vasitələrindən, radiasiyaya
nəzarət və kimyəvi
kəş fiyyat cihazlarından istifadə.
Tibbi biliklər və ilk tibbi yardım qaydaları istiqamətində isə bunları öyrə-
nəcək siniz:
▶
sağlamlığın mühafizəsi və ilk tibbi yardım;
▶
radiasiya şüalanmaları və kimyəvi zədələnmələr zamanı ilk tibbi yardım;
▶
yoluxucu xəstəliklərin profilaktikası və onlarla mübarizə.
Layih
ə