Qilman eyvazov iNTİqam əSGƏrov



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə5/139
tarix25.12.2023
ölçüsü3,72 Kb.
#194915
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   139
quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-11-ci-sinif-ucun-darslik-1671017202-190-backup

Azərbaycanın dövlət
müstəqilliyinin bərpası
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası öz 
suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün Milli ordu quruculuğuna başladı.
Müstəqilliyimizin ilk illərində, tarix boyu olduğu kimi, bu dəfə də ermənilər 
ölkəmizə qarşı ərazi iddialarına əl atmış, nəticədə Dağlıq Qarabağdakı rayon 
və kəndlərimiz mənfur qonşularımız tərəfindən işğal edilmilşdir. Lakin 1992-ci il 
iyu nun 12-də ordumuz genişmiqyaslı uğurlu hücum əməliyyatı həyata keçirərək 
Əsgəran rayonunun şimal və cənubunda bəzi yaşayış məntəqələrində nəzarəti 
ələ keçirmişdi. 
1994-cü ildə hərb tariximizə Horadiz əməliyyatı kimi daxil olan bu döyüşdə 
qoşunlarımız Horadiz qəsəbəsi daxil olmaqla xeyli yaşayış məntəqəsini iş ğal-
dan azad etdi.
1994-cü ilin may ayında imzalanan atəşkəs razılaşmasından sonra ordu 
quruculuğunda yeni mərhələ başladı. Ordumuzun maddi-texniki bazası möh
-
kəmləndirildi. Milli kadrların hazırlanmasına dair əhə miyyətli qərarlar qəbul 
edildi və ordunun müdafiə qüdrətinin artırılması isti qamə tində vacib addımlar 
atıldı. NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çər çivəsində əməkdaşlıq 
başlandı. Bunun nəticəsidir ki, Azərbaycan Sülh mə ramlı Qüvvələri Kosovo
Əfqanıstan və İraqda beynəlxalq əməliy yatlarda iştirak etmişdir.
2016-cı ilin aprel döyüşlərində ordumuzun qazandığı uğurlar mühüm hadisə 
kimi hərb tariximizə yazıldı. Bölmələrimiz qarşılarına qoyulan döyüş tapşırıqla
-
rını qısa müddətdə uğurla yerinə yetirməklə cəbhə xəttinin konfiqurasiyasını və 
psixoloji üstünlüyü xeyrimizə dəyişdi. Füzuli istiqamətində el arasında “Lələ-
təpə” adlandırılan Lələilahi dağının ələ keçirilməsi ilə həmvətənlərimizin Cocuq 
Mərcanlı yaşayış məntəqəsinə qayıdışı təmin olundu. Horadiz şəhəri və ətraf 
kəndlər düşmənin hətta artilleriyası üçün əlçatmaz oldu. 
Lələilahi dağı
Layih
ə


14

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin