54
əraziyə, yerli əşyalara baxış keçirilir, düşmənin gizlənməsi mümkün olan əra-
zilər diqqətlə yoxlanılır. Hərəkət istiqaməti oriyen tirlərə və yerli əşyalara, gecə
isə azimuta əsasən saxlanılır.
Əgər düşmən aşkar edilməyibsə, dozor man qasının komandiri
“Yol açıq-
dır”
siqnalını verir və tapşırığı yerinə yetirməyi davam etdirir. Düşmən aşkar
edildikdə bu barədə məlumat verir, gizli fəaliyyət göstərərək müşahidəni davam
etdi rir. Düşmənlə qəfil qarşı laşanda dozor manqası ona atəş açır, ötüb-keçir və
verilmiş tapşırığı yeri nə yetirməyə davam edir.
Kəşfiyyat məlumatlarının toplanması üsullarından biri də
pusqudur
. Pusqu
əsir, sənəd, silah və texnika nümunələrini ələ keçirmək məqsədilə xüsusi təyin
olun muş bölmə (qrup) tərəfindən həyata keçirilir.
Pusqunun təşkili zamanı həmin bölmənin tərkibindən
müşahidəçilər
,
ələ-
ke çirmə
və
təminat
qrupları təyin edilir.
Müşahidəçilərin vəzifəsi
düşməni vaxtında aşkarlamaq və komandirə mə-
ruzə etməkdir.
Ələkeçirmə
qrupunun vəzifəsi
əsirləri,
sənədləri, silah və texnika nümu-
nələrini ələ keçirməkdir. Taqımda ələkeçirmə qrupuna təyin edilmiş motoatıcı
manqa döyüş maşını olmadan da fəaliyyət göstərə bilər.
Təminat qrupunun vəzifəsi
isə düşməni dayandırmaq, onun yaxınlaşma-
sının (geri çəkilməsinin) qarşısını almaq və döyüş tapşırığını yerinə yetirdikdən
sonra geri çəkilən bölmələri atəşlə dəstəkləməkdir.
Düşmənin döyüş texnikası üzərindəki
şərti işarələr (emblemlər)
yadda sax-
lanılır və ya şəkli çəkilir. Əsirlər, düş-
mən dən götürülmüş sənədlər, yeni silah
nümu nələri və texnika, harada,
nə vaxt
və hansı şəraitdə götürülməsi qeyd
edilərək böyük rəisə göndərilir.
Kəşfiyyat məlumatlarının əldə olunması üsullarından
biri də
basqındır
.
Düşmənin mühüm obyektinin məhv edilməsi (sıradan çıxarılması) üçün
basqının icra olunması məqsədilə manqanın tərkibindən, adətən,
Dostları ilə paylaş: