Qilman eyvazov iNTİqam əSGƏrov


“Əsgər Məmmədli, səngərə, sıçrayaraq – İRƏLİ”



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə30/139
tarix25.12.2023
ölçüsü3,72 Kb.
#194915
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   139
quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-11-ci-sinif-ucun-darslik-1671017202-190-backup

“Əsgər Məmmədli, səngərə, sıçrayaraq – İRƏLİ”
komandası ilə 
yerinə yetirilir. Xəbərdarlıq komandası ilə irəliləmə yolunu, arada dincəlmək 
üçün örtülü yerləri nəzərdə tutmalı; icra komandasında tez sıçrayaraq keçməli. 
Ərazidən və düşmənin atəşindən asılı olaraq nəfəsi dərmək üçün dayanmalar 
arasında sıçramaların uzunluğu təqribən 20–40 addım olur. Qaçaraq dincəlmə 
yerinə çatıb uzanmalı və bir qədər yana sürünməli, göstərilən yerə çatdıqda 
ondan əlavə, atəş açmağa hazırlaşmalı. 
Sürünmə 
“Əsgər Məmmədli, ayrı ağacın yanına, sürünərək – İRƏLİ” 
komandası ilə dirsəklər üstündə, iməkləyərək, yaxud böyrü üstündə üsulları ilə 
yerinə yetirilir.
Dirsəklər üstündə sürünmək 
üçün yerə tam uzanıb, sağ əllə silahın lülə ya
-
tağının yanında qayışdan tutub, onu sağ bazu önünün üstünə qoymalı; sağ 
(sol) ayağı yığıb, eyni zamanda sol (sağ) qolu mümkün qədər irəli uzatmalı; yı
-
ğılmış ayaqla özünü itələyərək bədəni irəli verməli; o biri ayağı yığıb, o biri qolu 
irəli uzatmalı və hərəkəti həmin qayda ilə davam etdirməli. Sürünərkən başı 
çox hündürə qaldırmamalı.
İməkləyərək sürünmək
üçün dizlər üstə durub, bazu önlərinə, yaxud əllərə 
söykənməli. Bükülmüş sağ (sol) ayağı sinənin altına çəkib eyni za manda sol 
(sağ) qolu irəli uzatmalı. Sağ (sol) ayağın tamamilə düzəl dilmə sinə qədər bə
-
dəni irəli verməli, eyni zamanda o biri bükülmüş ayağı öz altına çəkib, digər 
qolu qabağa uzatmalı və hərəkəti həmin qayda ilə davam etdirməli. Silahı, bazu 
önlərinə söykənərək sürünəndə dirsəklər üs tündə sürünmə kimi, əllərə söy
-
kənərkən sürünəndə sağ əldə tutmalı. Sürünərkən başı çox hündürə qaldırma
-
malı.
Layih
ə


45
Böyrü üstündə sürünmək
üçün sol böyrü üstə uzanmalı; dizdən bü kül müş 
sol ayağı qabağa çəkib sol bazu önünə söykənməli, sağ ayağın dabanını bə
-
dənə mümkün qədər yaxınlıqda yerə dayamalı; sağ ayağı açaraq sol ayağın 
vəziyyətini dəyiş mədən bədəni irəli verməli və sonra hərəkəti həmin qayda ilə 
davam et dirməli. Silahı sol ayağın ombası üzə rinə qoymaqla sağ əldə tutmalı.

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin