Qilman eyvazov iNTİqam əSGƏrov


Hərəkətdə əsgəri salamlaşma



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə27/139
tarix25.12.2023
ölçüsü3,72 Kb.
#194915
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   139
quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-11-ci-sinif-ucun-darslik-1671017202-190-backup

Hərəkətdə əsgəri salamlaşma.
 
Sıradan kənarda hərəkətdə rəisə yaxınlaş-
dıqda səfər addımları ilə hərəkətə davam edərək rəisə 5-6 addım qalmış başı 
ona tərəf döndərmək və eyni zamanda sağ əlin orta barmağının ucunu sağ 
qaşın sağ ucuna yaxınlaşdırmaq, sol əli budun yanında hərəkətsiz saxlamaq 
(şəkil 5), rəisi ötəndən sonra başı önə çevirərək sağ əli aşağı salmaq lazımdır.
Hərbi qulluqçunun əllərində yük (əşya) olduqda əsgəri salamlaşma üçün 
rəis yaxınlaşdıqda ona tərəf dönməli
“Farağat”
vəziyyətini almalı, rəisə ba-
xaraq başını rəisin hərəkət istiqamətinə çevirməlidir. 
Silahla yerində əsgəri salamlaşma.
 
Silahla sıradan kənarda yerində əsgəri 
salam silahsız yerində vəziyyəti ndəki kimi verilir (şəkil 4).
Layih
ə


41
Şəkil 5. Hərəkətdə əsgəri salamlaşma
Silah 
“Arxada”
vəziyyətində olduqda isə əsgəri salam silahsız salamlaşma 
qaydası ilə yerinə yetirilir.
Sıradan çıxma və rəisə yaxınlaşma. 
Hərbi qulluqçunun sıradan çıxması 
üçün komanda verilir. Məsələn: 
“Əsgər Məmmədli. Sıradan 1–2–3 addım 
çıx”
, yaxud 
“Əsgər Məmmədli. Yanıma”.
Hərbi qulluqçu öz soyadını eşitdikdə 
“Mən”
, sıradan çıxmaq haqqında komandaya (çağırışa) isə 
“Oldu”
cavabını 
verir. 
Birinci komanda ilə hərbi qulluqçu sıra addımları ilə birinci cərgədən saya-
raq deyilən addım qədər sıradan çıxır, dayanır və üzü sıraya tərəf dönür.
İkinci komandada hərbi qulluqçu birinci cərgədən iki addım düzünə 
addımlayır və hərəkəti davam etdirərək rəisə tərəf dönür, qısaldılmış yolla səfər 
addımları ilə (rəislə hərbi qulluqçu arasında məsafə 15 addımdan çox olduqda 
– qaçaraq) rəisə 5-6 addım qalmış sıra addımlarına keçir, rəisin 2-3 addım-
lığında dayanır və məruzə edir. 
Hərbi qulluqçu ikinci cərgədən çıxdıqda o, sol əlini ön cərgədə duran hərbi 
qulluqçunun çiyninə qoyur, ön cərgədə duran bir addım irəli ataraq sağ ayağı 
ilə bir addım sağa çıxır, sıradan çıxan hərbi qulluqçunu buraxır və sonra öz 
yerini tutur. Hərbi qulluqçu qarşıdakı cərgədən çıxdıqda onun yerini arxasında 
duran hərbi qulluqçu tutur. 
Layih
ə


42
Hərbi qulluqçunun sıraya qayıtması üçün komanda verilir. Məsələn: 

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin